Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiyanın növbəti “xüsusi hərbi əməliyyat” hədəfi: “sübut” və “materiallar” toplanır

 Vitali Andriyevski: “Nə qədər ki, Putin Rusiyada hakimiyyətdədir, biz bu ölkədən uzaq durmalıyıq”

Yenixeber.org: Martın 15-də AŞPA Dnestryanı bölgəni Rusiyanın işğalı zonası kimi rəsmən tanıyan düzəlişi təsdiqləyib. Bundan dərhal sonra Moldova Prezidenti Maya Sandu xatırladıb ki, Kişinyov həmişə rus qoşunlarının çıxarılmasını tələb edib və məsələni diplomatik yolla həll etməkdə qərarlıdır. Bu barədə “NewsMaker” məlumat yayıb.

"Moldova açıq şəkildə bildirdi ki, Dnestryanı münaqişə ilə bağlı hər şeydə Rusiyanın mühüm rolu var. Biz həmişə Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etmişik, döyüş sursatlarının utilizasiyasını tələb etmişik və tələb etməkdə davam edirik. Biz münaqişənin sülh yolu ilə həllinə çağırmaqda davam edirik. Bu münaqişənin həlli üçün əlimizdən gələni edəcəyik və diplomatik, siyasi, sülh yolu ilə həll tapıb həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”, - Sandu Rumıniya Prezidenti Klaus İohannis ilə birgə mətbuat konfransında bildirib.

Tiraspoldakı separatçılar dərhal cavab verdilər ki, “Dnestryanıda sülhməramlı əməliyyata qarşı istənilən hücum son dərəcə destruktivdir”.

Və həmin gün Rusiya Federasiyasının Moldovadakı səfirliyi Rusiya Federasiyası vətəndaşlarına və respublika ərazisində yaşayan və ya qalan rusiyalı həmvətənlərə xüsusi müraciət edib.

“Milli, dil, mədəni, dini və digər zəmində ayrı-seçkiliyin artması, o cümlədən zorakılıq xarakterli və ya həyat və sağlamlıq üçün təhlükə yaradan hərəkətlərin törədilməsi halları ilə əlaqədar səfirliyin – sos.moldova@mail.ru elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz”, - Rusiya səfirliyinin bəyanatında deyilir. Maraqldır ki, bu sahədə konkret pozuntu halları barədə bu günə qədər heç bir məlumat verilməmişdi. Bu, hansısa təxribata hazırlıq kimi görünmür ki?

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi bu mesajı dərhal şərh edib. Xarici İşlər Nazirliyi bu postu “cəmiyyətdə sakitlik atmosferinə uyğun olmayan” adlandırıb və bu cür jestlərdən çəkinməyə çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode qeyd edib ki, Moldovada bütün sakinlərin hüquqları təmin edilir və onlara hörmət edilir, etnik mənşəyindən asılı olmayaraq ölkədə bütün insanlar sülh və harmoniya şəraitində yaşayır.

“Biz vurğulayırıq ki, ölkəmizdə bütün sakinlərin hüquqları təmin edilir və onlara əməl olunur, Moldova regionda nümunəvi ölkədir, burada etnik mənşəyindən asılı olmayaraq bütün sakinlər dinc və təhlükəsiz yaşayır. Nəzərinizə çatdırırıq ki, xüsusilə etnik mənsubiyyətə görə ayrı-seçkilik halları qeydə alınmayıb. Moldova diskriminasiyanın qarşısının alınması üçün Avropa mexanizmlərini rəhbər tutur”, - Vode bildirib.

Vəziyyəti Moldova Prezidenti Maya Sandu şərh edib. Prezident estoniyalı həmkarı Alar Karislə birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib ki, hansı dildə danışmasından asılı olmayaraq hər bir vətəndaş Moldovada özünü təhlükəsiz hiss edir.

“Bütün Moldova vətəndaşları, istər rumın, istərsə də rus dillərində danışsınlar, Moldovada özlərini təhlükəsiz hiss edə bilərlər. Biz isə hər bir vətəndaşın təhlükəsizliyi və rifahı üçün çalışırıq. Bu müharibənin ilk günlərindən biz birliyə səsləyirik, nifrət nitqinin bizi parçalamasına imkan verməməyə çağırırıq. Mən bu çağırışa əməl edən, birliyin qorunub saxlanmasında əməyi olan bütün insanlara təşəkkür edirəm. Moldova insan hüquqlarına hörmət edir və hər bir vətəndaşın hansı dildə danışmasından asılı olmayaraq, burada, evdə özünü təhlükəsiz hiss etməsi üçün əlindən gələni edir”, - Prezident bildirib.

Belə görünür ki, Rusiya Moldovada da suları bulandırır. Görünür, “hər halda” bu ölkəyə də hücum təşkil etmək üçün “səbəblər” yaradılır.

Vitali Andriyevski, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinov) direktoru bu riskləri şərh edib:

- Dnestryanıya gəlincə, Rusiya Xarici İşlər Nazirliyi kimi, Kişinyovdakı rusiyayönlü partiyalar kimi bu regionun hakimiyyət orqanları da hiyləgərlik edir, yalan danışırlar. İşğalçılardan söhbət gedəndə, sülhməramlıları deyil, hələ sülhməramlılar Moldovada peyda olana qədər Dnestryanı vilayətində olan Rusiya hərbi kontingenti nəzərdə tutulur. AŞPA-nın bu regionu “Rusiya işğalı zonası” kimi tanımasına gəlincə, burada da xüsusilə yeni heç nə yoxdur. Moldova rəhbərliyi bu problemi uzun müddətdir və müxtəlif səviyyələrdə qaldırır.

İndi isə “ruslara qarşı ayrı-seçkilik” problemi və Rusiyanın Moldovadakı səfirliyinin bəyanatı ilə bağlı. Putin dünyanın “rusları təqib etməyə başladığını” (yəhudilərlə müqayisə edir) dedikdən sonra buna bənzər bir şey gözləmək olardı. Niyə belə edirlər?

Bəlkə daxili istifadə üçün, başqa ölkələrə və xalqlara qarşı düşmənçilik yaratmaq məqsədi ilə. Və ya bəlkə bu, yeni "xüsusi hərbi əməliyyatlar" üçün bir sıra "materiallar" və "səbəblərdir".

Hər halda Moldova vətəndaşları başa düşməlidirlər ki, nə qədər ki, Putin Rusiyada hakimiyyətdədir, biz bu ölkədən uzaq durmalıyıq. Ən əsası isə Avropaya inteqrasiya prosesini sürətləndirmək lazımdır. Moldovanın gələcəyi oradadır.(AYNA)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam