Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! -PREZİDENTƏ MÜRACİƏT

ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
     

"Biz, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri olaraq, Sizə müraciət etmək məcburiyyətindəyik. Universitetin hazırkı rektoru Zəfər Qurbanov təyin edildiyi gündən etibarən həm tədris prosesini, həm də universitetin ümumi vəziyyətini ciddi şəkildə zəiflədir".

Yenixeber.org: Bu barədə ADAU ilə bağlı ölkə rəhbərliyinə ünvanlanan müraciətdə qeyd olunur.
Müraciət müəllifləri daha sonra bildirir:
"1. İmtahanlarda saxtakarlıq və təqaüd problemi:
Hal-hazırda qış imtahan sessiyasında tələbələrin 50-55%-i qəsdən kəsilir. Bu, tələbələrin təqaüddən məhrum olmasına səbəb olur. Təxminən 3000-3500 tələbə hər biri 500 manat olmaqla ümumilikdə 1,5-2 milyon manat qənaət edir. Bu pullar sonradan saxta yollarla müxtəlif tədbirlər,təmir-bərpa işlərlə silinərək mənimsənilir.
2. Rüşvət və korrupsiya:
Universitetdə tələbələrdən, xüsusilə İqtisadiyyat fakültəsində, imtahan keçmək üçün rüşvət tələb olunur. Müxtəlif vəzifələrə işə qəbul üçün 3000-20,000 manat arası rüşvət alınır. Bu proseslər rektorun təyin etdiyi şəxslər vasitəsi ilə həyata keçirilir.
Universitetə xadimə düzəlmək üçün ən azı 3000 manat tələb olunur (bu işə rektorun köməkçisi Vaqif baxır).
• Mühafizəçi olmaq üçün 5000 manat tələb olunur (bu işə Mühafizə Rəisi Araz müəllim baxır).
• Universitetə müəllim olmaq üçün 18,000-20,000 manat, texniki işçi olmaq üçün isə 7000-8000 manat tələb olunur (bu işlər rektorun köməkçisi Vaqif, Daxili Nəzarət Şöbəsinin müdiri Bəşir, dekanlardan Asəf Qasımov, Şəlalə Zeynalova və İnsan Resursları Şöbəsinin müdiri tərəfindən idarə olunur).
Onu da qeyd etmək istəyirik ki, nə rektorun özü,nə də köməkcisi Vaqif, daxili nəzarət şöbəsinin müdiri ixtsasca tarix müəllimi olan Bağırzadə Bəşir,ixtsasca tarix müəllimi xarici əlaqələr şöbəsinin müdiri Mahir Məmmədzadə ilə birlikdə hamısı hərbi xidmətdə olmayan dezertilərdir və ona görə də rektor və ətrafındakıların çoxu 20 yanvar günü şəhidlər xiyabanında iştrak etmədilər.Görün univeristet kimlərin əlində oyuncağa və gəlir mənbəyinə cevrilib.Bu gün univeristeti qeyri peşəkarlar “idarə edir” məhz buna görədə univeristet idarə olunmur.
3. Büdcə vəsaitlərinin mənimsənilməsi:
Rektor büdcə vəsaitlərini saxta təmir işləri və tədbirlər adı altında mənimsəyir. Məsələn, Tələbə Parkına 90,000 manat, istixananın dam örtüyünə 38,000 manat xərcləndiyi göstərilib, lakin tələbə parkı İbrahim Cəfərovun dövründə bərpa olunub istfadəyə verilib,istixananın dam örtüynə cəmi 2000 manat pul xərclənib.Köhnə mətbəənin mexanikləşmə korpusundan emalatxanaya köçürüb bunu isə göstərirki guya təzə alınıb və külli miqdarda pul siliblər.
4. Təsərrüfatın və tədrisin məhv edilməsi:
Zəfər Qurbanovun rektorluq dövründə universitetin təsərrüfatı dağılıb, heyvanların böyük hissəsi satılıb. Tədrisin keyfiyyəti isə İbrahim Cəfərovun dövründən iki,üç dəfə aşağı düşüb.
Universitetin tədris təsərrüfatı dağıdılır. Oranı isə İqbal Əliyevin əli ilə talan edirlər. Təsərrüfatda İbrahim Cəfərovun dövründə 100-dən artıq iri buynuzlu qaramal, 200-ə yaxın xırda buynuzlu heyvan var idi. Hazırda isə cəmi 5-6 qaramal və 50-60 baş qoyun qalıb. Hamısını satıb, pulunu saxta yollarla mənimsəyiblər.
5. Tələbə hüquqlarının pozulması:
Universitet yataqxanalarında isti su və internet yoxdur. Tələbələrin istirahəti və təhsili üçün şərait yaradılmır..."

Qeyd edək ki, bu ittiham dolu iddiaların ardından məqalə müəllifləri ölkə rəhbərliyinə xitabən əlavə edir:
"Hörmətli Prezident, ADAU-nun hazırkı rəhbərliyi universiteti idarə edə bilmir və tədrisi məhv edibdir. Xahiş edirik, Hesablama Palatasına göstəriş verəsiniz ki Zəfər Qurbanovun işlədiyi dövrün  maliyyə fəaliyyətini araşdırsınlar. Onda məlum olacaq ki milyonlarla dövlətin pulu hansı saxta yollar ilə mənimsənilib..."(Dia-az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam