Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

 

2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb.

Yenxeber.org xəbər verir ki, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb.


Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 29.3% artaraq 139 milyon 696 min manata bərabər olub.

Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 60.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ildə 54 manata bərabər olub. 2024-cü ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40.9 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə isə 32.3 manata bərabər idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam