Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? -Yegerin oğlu dəstə yaradıb
Yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası yaradıb
Yenixeber.org: "COB-29" kimi beynəlxalq ekoloji tədbirə təşkilatçılıq edən ölkəmizdə ekoloji soyrıqım həyata keçirilir.
Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularına məlumat vermişdik.
Həmin məlumatda qeyd edilirdi ki, Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi və digər ətraf rayonların bazarlarında satılır. Brakonyerlik yolu ilə əldə edilib gizli satışa çıxarılan balıqların tonlarla olduğu bildirilir. Milli Parkın ərazisində həyata keçirilən brakonyerliyi isə qurumun bəzi əməkdaşları mütəşəkkil formada həyata keçirirlər.
Əldə etdiyimiz səhih məlumatlara görə Ağgöl Milli parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu və onun gündəlik Ağgöl Parkından 200-250 kq balıq tutaraq müxtəlif şəxslərin vasitəsilə bazarlarda satışa çıxarır. Baş verən bu cinayət hadisəsinə isə aidiyyatı qurumlar, o cümlədən Ağgöl Milli Parkı rəhbərliyi "göz yumur".
Əldə etdiyimiz məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun ortaqları məşğul olur. Məlumatda bildirilir ki, Məhəmməd Gəncəliyevin Ağgöl parkında rahatçılıqla brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və Ağgöl Milli Parkının rəhbərliyidir. Bu belə olmasaydı M. Gəncəliyev Ağgöl Milli Parkında rahatçılıqla balıq ovu ilə məşğul ola bilməzdi.
Həmçinin Ağgöldə brakonyerlik fəaliyyəti ilə məşğul olan şəxslərin direktorun yaxın qohumları ilə əlaqəli olduğu bildirilir. Bu barədə növbəti yazımızda.
Xəzər Məhərrəmov
Qeyd edək ki, hazırda Ağ Göl Milli Parkının direktoru vəzifəsində işləyən Xəzər Məhərrəmov vaxtı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yol verdiyi ciddi nöqsanlara görə qurumdan çıxarılıb. Hətta Xəzər Məhərrəmovun qəsdlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi haqqında yalan məlumat yayması və buna görə inzibati qaydada tənbeh edilməsi ilə bağlı ETSN-nin rəsmi saytında məlumat yerləşdirilib.
Araşdırmalarımız davam edir.(azfakt.com)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.