Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... -İLGİNC İDDİALAR

Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
"Azərbaycanda qanunsuz tikililər problemi bu gün də öz aktuallığını qorumaqdadır. Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz şəkildə tikinti işlərinin aparılması barədə məlumatlara mətbuatda tez-tez rast gəlinir. Qanunsuz tikililərə daha çox harada rast gəlinir sualına cavab axtaranda, çox da baş sındırmağa ehtiyac olmur. Göz önünə dərhal paytaxtın Nizami rayonu gəlir".
Yenixeber.org:  Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Buradakı problem digər yerlərdəki problemlərdən fərqli olaraq daha dərin xarakterdədir. Çünki Nizami rayonunda qanunsuz tikililər əksər hallarda məmurlar tərəfindən himayə olunur. Burada rüşvət müqabilində məmurlar istənilən qanunsuz tikiliyə göz yuma, işlərin sürətli şəkildə aparılmasına şərait yarada bilirlər. Bu kimi hallar rayonun keçmiş icra başçısı Arif Qasımovun dövründə daha çox yaşansa da, onun xələfi olan Coşqun Cəbrayılov da qanunsuz tikililərə münbit şəraitin yaradılmasında keçmiş başçıdan demək olar ki, geri qalmır.
Bu yöndəkli qanunsuz işlərdə isə daha çox Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılovun adını çəkirlər. Ən dəhşətlisi odur ki, bu adam korrupsiya və rüşvətə görə bir neçə dəfə məşəl ayağına çəkilib. Lakin hansısa sehirli vasitələrlə “içəriyə” düşməkdən yayınmağı bacarıb. Burada bir vacib məqama da diqqət yetirilməlidir. Firdovsi Cəbrayılov 2014-cü ildə Səbail bələdiyyəsinə üzv seçilib, 2015-ci ilə qədər isə bələdiyyənin sədri olub. Cəbrayılov bu vəzifəsindən öz ərizəsi
ilə istefa verib.Səbəb isə belə olub. Həmin dövrdə Səbail rayonu İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizov bələdiyyə sədrinin qanunsuz əməllərindən xəbər tutaraq, onun bu kimi fəaliyyətini məhdudlaşdırmağa başlayıb, yəni qısaca olaraq deyə ki, icra başçısı Cəbrayılovun “bazarını” bağlayıb.
Artıq əvvəlki kimi qanunsuz torpaq sata və digər bu kimi qanunazidd davranışlarını davam etdirə bilməyən bələdiyyə sədri istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Digəl, adam hazırkı vəzifəsində də köhnə vərdişlərini davam etdirir, üstəlik həyasız bir şəkildə Eldar Əzizovun adından yararlanmağa çalışır. Yəni Cəbrayılov Nizami rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun Eldar Əzizovla yaxınlığından da saxtakarlıqla öz mənfəəti naminə yararlanır.
Halbuki, bunu çoxları bilir , Firdovsi Cəbrayılov yaxasını Eldar Əzizovdan güc-bəla ilə qurtarıb..."

NÖVBƏTİ YAZIDA Firdovsi Cəbrayılovun qanunsuz tikililərə himayədarlıq etdiyini göstərən konkret faktları təqdim edəcəyik...(Dia-az)

BİZİ İZLƏ/MƏYƏ DAVAM EDİN...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam