KXDR: Cənubi Koreyaya “Apache”lərin tədarükləri hərbi balansı pozub
Cənubi Koreyaya Amerikanın “AH-64E Apache” helikopterlərinin tədarükü planları regional gərginliyi artırır və Koreya yarımadasında hərbi balansı poza bilər.
Yenixeber.org-un məlumatına görə, bunu KXDR Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin Xarici informasiya şöbəsinin rəhbəri deyib.
"ABŞ və Koreya Respublikası arasında irimiqyaslı birgə hərbi təlimlərin başlaması səbəbindən Koreya yarımadasında hərbi-siyasi gərginliyin kəskinləşdiyi şəraitdə, Vaşinqtonda Seula zərbə silahlarının satıldığını elan etdilər. Bu, regionda təhlükəsizlik sahəsində qeyri-sabitliyi qəsdən qızışdıran düşüncəsiz təxribat xarakterli hərəkətdir", - diplomat bildirib.
Xatırladaq ki, avqustun 19-da ABŞ Dövlət Departamentinin Cənubi Koreyaya 3,5 milyard dollara 36 ədəd “AH-64E Apache” hücum helikopterinin satışını təsdiqlədiyi məlum olub.