Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

AKİF ÇOVDAROVUN YAN-YANA DÜZÜLƏN VİLLALARI- FOTOLAR

 

 

“MTN işi” ilə bağlı mətbuatda adı ən çox hallanan və müzakirə mövzusu olan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovdur. A.Çovdarov prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılan Eldar Mahmudovun “kassiri” kimi də bilinir.

 

Xeberinfo.com:   Məlumata görə, Eldar Mahmudovun taleyi ilə bağlı heç bir rəsmi açıqlama verilməsə də, Akif Çovdarovun adı ətrafından müxtəlif məlumatlar ortaya çıxmaqda davam edir. 

 

A.Çovdarovun işdən çıxrılması ilə bağlı xəbərlər E.Mahmudovun postdan uzaqlaşdırılması ilə başladı. Lakin bu haqda heç bir rəsmi məlumat yayılmırdı. Nəhayət, noyabrın 7-də A.Çovdarovun işdən çıxarıldığı və sərəncama götürülməsi xəbəri təsdiqləndi.

 

Artıq Çovdarov barəsində Baş Prokurorluğa təqdimat da göndərilib. “Sabiq nazirin kassiri”, “iş adamlarının və məmurların qənimi” kimi adlarla mətbuatın gündəmindən düşməyən A.Çovdarovun gizli həbsxana saxlaması ilə bağlı xəbərlər də yayıldı. 

 

Məlumatlarda qeyd edilirdi ki, A.Çovdarov bir çox iş adamlarını, sahibkarları sıxışdırmaq, onlardan külli miqdarda pul almaq məqsədi ilə gizli şəkildə bu həbsxanada saxlayırmış və şantaj edirək, istəyinə nail olurmuş...

 

Məlum olur ki, MTN generalı bu yollarla ələ keçirdiyi pullar hesabına özünə və ailə üzvlərinə lüks həyat şəraiti qurubmuş. Sahibkarlardan, iş adamlarından zorla aldığı pullarla saysız-hesabsız obyektlərin sahibi olan A.Çovdarov paytaxt Bakıda və bölgələrdə lüks villalar tikdirməyə də nail olub. 

 

A.Çovdarovun bir çox böyük ticarət mərkəzlərini sahibkarların əlindən zorla, hədə qorxu və şantaj yolu ilə çox ucuz qiymətə alması və öz əmlakına çevirməsi haqda da məlumatlar yayılmaqda davam edir. 

 

A.Çovdarovun Bakıdakı lüks villalarından biri Badamdar qəsəbəsində yerləşir. MTN-nin sabiq generalının Bakı şəhəri, Badamdar qəsəbəsi, Yaşayış massivi 1/44-də 3 villası var. Bu villardan birində A.Çovdarovun özü, digərlərində isə iki övladı yaşayır.

 

A.Çovdarovun qonşularından biri onun vəzifədən yeni ayrılan oğlu Ruslan Çovdarovdur. Xatırladaq ki, R.Çovdarov Milli Məclis Aparatında baş məsləhətçi vəzifəsində çalışırdı. “MTN işi” başlayandan sonra o, öz ərizəsi ilə işdən çıxıb.

 

Musavat.com-un reportyorları olaraq, qeyd edilən ünvanda olarkən qonşuluqda yaşayan bir neçə nəfərlə söhbət edə bildik. 

 

Generalın villasının qarşısına yaxınlaşanda hər üç villanın həyət qapısının 4 kamera ilə nəzarətdə saxlanıldığının şahidi olduq. Villaları əhatə edən hasarboyu nəzarət kameraları da var. 

 

Məhəlləyə daxil olarkən villanın qarşısında rastlaşdığımız ilk şəxslə söhbət etməyə çalışdıq. “Akif Çovdarovun evi buradırmı” sualını eşidən şəxs bizə nəzarət kameralarını göstərərək, sürətlə ərazidən uzaqlaşdı. 

 

MTN generalının qonşuluğundakı yaşayış evlərinin əksəriyyəti lüks villalardır. Küçədə uzun müddət gözləyib, qonşulardan kiminsə gələcəyinə ümid etdik. Həmin küçədən isə əsasən maşınlar hərəkət edir. Burada məhəllənin piyada sakinlərini tapmaq çox çətindir. Nəyahət, 40-50 dəqiqə gözlədikdən sonra küçədən ötən bir ağsaqqalla görüşə bildik.

 

Məhəllə sakini olduğunu deyən və özünü Rasim Alıyev kimi təqdim edən yaşlı adam A.Çovdarovu tanıdığını və uzun illərdir ki, bu məhəllədə yaşadığını dedi: “30 ildən çoxdur ki, bu məhəllədə yaşayıram. Düzdür, yaşayış səviyyəm qonşularımla eyni deyil. Bizim evi bu villaların arasında tapmaq çətindir. Amma nə edə bilərik ki, qismətdə bu insanlarla qonşu olmaq da var imiş... Bu küçələr çox sakit olur. Hərdən bir maşın keçir. Piyada gedənlər isə əsasən ətrafda yeni tikilməkdə olan villalarda işləyən fəhlələrdir. Mən hər gün məhəlləndə gəzirəm. Qonşulardan nadir halda kimisə küçədə gəzən görəsən. Akif Çovdarovu çoxdan tanıyıram. Son günlər haqqında yazılanlardan da xəbərim var. Akif Çovdarovu sonuncu dəfə təxminən 5 gün əvvəl görmüşəm. Övladları da qonşu villalarda yaşayırlar. Birinci Akif Çovdarov üçün villa tikildi. Sonra daha iki villa övladları üçün tikildi. Tətillərdə burada olmurlar. Daimi yaşayış yerləri demək olar ki, buradır. İndi evdə yaşayış var. İki gün əvvəl oğlunu gördüm. Həyətdə bağbanları var. Evi daim nəzarətdə saxlayan mühafizə xidməti də var. Siz də çalışın kameraların qabağından çox keçməyin. Yoxsa çıxıb, burada nə axtardığınızı soruşacaqlar”.

 

Elə həmin ağsaqqalın məsləhətinə qulaq asıb, qeyd edilən ünvanda çox gəzmədik. Hərəkətdə olan nəzarət kameraları məhəllənin bütün künc-bucağını nəzarətdə saxlayır. 

 

Onu da qeyd edək ki, məhəllədə olduğumuz müddət ərzində evin qarşısında heç bir hərəkətlilik müşahidə etmədik. 

 

 

A.Çovdarovun villalarından fotogörüntüləri diqqətinizə təqdim edirik.

Musavat.com 

 














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam