Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Akif Çovdarov həbs edildi

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən qovulandan sonra onun komandası barədə xəbərlər səngimir.

Xeberinfo.com:   Məlumata görə, keçmiş nazirin törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarov artıq həbs edilib.

General-mayor Çovdarov iki gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən tutulub. Onun Bakıdakı biznesini isə qardaşı Asif idarə edir.

Qeyd edək ki, A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə Çovdarovu həmi idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib.

Çovdarov da Eldar Mahmudovun kassirlərindən biri kimi tanınır. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Qeyd edək ki, bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Bacısının kürəkəni Rafiq Hümbətov isə hazırda Xətai rayon MTN-ə rəis işləyir. (criminal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam