Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.
Yenixeber.org: Bu barədə müvafiq sərəncam Prezidentin internet saytında dərc olunub.
Prezident Zelenskinin digər sərəncamına əsasən isə Aleksandr Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.("Ukrinform")