Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

HƏMAS atəşkəslə bağlı təklifi nəzərdən keçirir -Ramazan başlayana qədər israrla...

 

HƏMAS atəşkəs təklifini nəzərdən keçirir.

Yenixeber.org xəbər verir ki, Qəzza zolağında atəşkəs martın 4-də başlaya bilər.

Məlumata görə, qruplaşma Misir, Qətər, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə aparılan danışıqlardan sonra belə bir təklif alıb.

Təklif qəbul olunarsa, Qəzza zolağında 40 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq. Razılaşmaya həmçinin HƏMAS-ın əlində olan 40 israilli girovun azad edilməsi də daxildir. İsrail də öz növbəsində 400 fələstinli məhbusu azad edəcək. Bundan əlavə, hər gün Qəzza zolağına humanitar yardım daşıyan 500 yük maşını buraxılacaq.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında martın 4-dək atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib: “Biz buna yaxınıq”. 

"Reuters" yazır ki, ABŞ müzakirəçiləri müsəlmanların müqəddəs Ramazan ayının başlamasına qədər israrla razılaşma əldə etməyə çalışırlar.("Deutsche Welle")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam