Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Narışkin Qərbə xəbərdarlıq etdi: Rusiyada çevriliş edə bilməyəcəklər!

 

Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında dialoq dünyada vəziyyətin çox riskli sərhəd xəttinə yaxınlaşdığı bir şəraitdə təhlükəli hadisələrin qarşısını ala bilər.

Yenixeber.org xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dünyanın iki ən nüfuzlu kəşfiyyatı, iki ən güclü nüvə dövlətinin kəşfiyyat xidmətləridir və onlar arasında dialoq həmişə faydalıdır”, - Narışkin vurğulayıb.Onun sözlərinə görə, dünyanın birqütblü Amerika mərkəzli dünyadan daha ədalətli və təhlükəsiz çoxmərkəzli dünya nizamına doğru tektonik sürüşmə vəziyyətində olduğu şəraitdə belə dialoq və təmaslar sadəcə zəruridir.

Narışkin qeyd edib ki, Rusiya xarici kəşfiyyatında Qərb ölkələrinin rəhbərliyi və xüsusi xidmət orqanlarının Rusiyada vəziyyətin sabit olduğunu, əhalinin ölkənin siyasi rəhbərliyi ətrafında birləşdiyini dərk etdiyi barədə məlumatlar var. Onun sözlərinə görə, eyni zamanda, Qərb öz maraqlarına uyğun olaraq müxtəlif ölkələrdə inqilablar həyata keçirə biləcəyinə inanaraq, Rusiyada da inqilab təşkil etməyi düşünür, lakin bu, alınmayacaq.

Narışkin xaosla, minlərlə insanın ölümü və dağıntıları ilə müşayiət olunan “Ərəb baharı” adlanan inqilabları faciə hesab edərək bunu Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın vicdanına yazdığını vurğulayıb.

O xəbərdarlıq edib ki, Qərb Rusiyada sabitliyi pozmaq üçün planlar qurmaqdan əl çəkməlidir.

Narışkinin sözlərinə görə, anti-Rusiya müxalifətini gücləndirməyə və ölkədəki sabitliyi pozmağa çalışan Qərb heç nəyə nail ola bilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam