Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Messiyə bu ölkələr səs verib -SİYAHI

messiye-ses-veren-olkeler-gundem-oldu

Xəbər verdiyimiz kimi, Argentina yığmasının və ABŞ-ın “İnter Mayami” klubunun superulduzu Lionel Messi ötən gün FİFA-nın “The Best” mükafatına layiq görülüb. Onun bu mükafatı alması birmənalı qarşılanmayıb. 

Yenixeber.org: Əksər futbol azarkeşləri bunu haqsızlıq hesab edib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mükafatın ötən il “Mançester Siti” ilə Çempionlar Liqasının qalibi olan Erlinq Holanda verilməli olduğunu bildirib. 

Həmçinin dünya mediası da bu seçimi qeyri-adi adlandırıb. Hətta Lionel Messi özü də seçilməyəcəyini düşündüyü üçün tədbirə qatılmayıb. 

Daha sonra dünya mediasında argentinalı forvarda səsverən ölkələrin adları gündəm olub. FİFA üzvü olan 190 ölkədən yalnız 35-i Leonu bu ada layiq görüb. 

Onlar isə aşağıdakı ölkələrdir: Əfqanıstan, Albaniya, Anqola, Aruba, Avstriya, Burundi, Kayman Adaları, Çili, Tayvan, Konqo, Konqo DR, Kuk adaları, Kipr, Dominikan Respublikası, Efiopiya, Cəbəllüttariq, Yunanıstan, Honduras, Yamayka, Livan, Lesoto, Liviya, Malavi, Maldiv adaları, Mali, Moldova, Monserrat, Seyşel adaları, Sloveniya, Solomon adaları, Sudan, İsveç, Türkiyə, Uruqvay, Vanuatu və Azərbaycan.

Maraqlıdır ki, tədbirdə qonaq olan Norveç yığmasının forvardı Erlinq Holand özü də seçimə təəccüblənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam