Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Salxım söyüd

 

 

Xeberinfo.com:   (Ardı)

 

         Ərşad kişi, onları rayon mərkəzindəki mebel mağazasından almışdı. Stulların seçilməsinə nə az, nə çox, düz dörd saat vaxt sərf etmişdi. Çalışmışdı ki, ayrıca olaraq alınan bu stullar evin digər əşyaları ilə uyğun olsun. Ona görə də, seçimdə çox əziyyət çəkmişdi. Amma çəkdiyi əziyyətə görə də, seçimi əla idi. Malayziya malı olan bu stulların oturacağı və söykənəcəyi qəhvəyi rəngdə, içindən nazik, qəhvəyidən bir açıq şəkildə olan xırda sızıqlı məxmər papçadan idi. Söykənəcəyi və oturacaqı  bir az qabarıq və yumuşaq idi. Rahat stullar idi.

      Şənlik eyvana çıxanda: Oho,  yenilik etmisini ki , nə qəşəng stullarınız var ay ana . Mübarəkdir sağlığla işlədsiniz. Oğlunun diqqətli olması evdə hər şeyə, kiçik dəyişikliyə belə, reaksiya verməsi, gözdən qaçırmaması Bəyim arvadın çox xoşuna gəlmişdi.

-Mənim balam deyirdi çox diqqətlidi. Heç nə gözündən yayınmaz. Indi  də eyvana qalxan kimi stulları tərifləməsi Bəyim arvadın nəzərindən qaçmadı. Ürəyi ilə danışa-danışa oğluna alqış edirdı Bəyim arvad.

-Ağlllı mərifətli balam, tanrı köməyin olsun, səni naümid etməsin, payını versin dedi, öz özünə. Bir ümidlə dönüb Nərminə tərəf boylandı. Ananın gözlərində bir sorğu gördü bu anda Nərimin. Aralarında pərdə vardı. Qaynanası açıq danışan olsada heç vaxt övladının olmamasını başına vurmamış, yalnızca şirin şirin arzularından danışıb durmuşdu.

Nərmin kəndə gələndə onu qurbanolduqlarımızı  gedək  ziyarət edək deyərdi bala. Hər hərəkətdə  bir kəramət var deyirdi. Bəyim arvad qohum qonşu arasında da özünü sındırmaz, oğlunun övlad sahibi olacağı günü səbr və ümidlə gözləməkdə idi.Amma fəqət illər öz sözünü deyirdi.

On il, düz on il . Bir igidin ömrü. O vaxtdan evladları olsaydı indi ikinci sinfə gedərdi. Amma nə yazıq ki, hələ də yox idi. Oğlu ilə gəlini  çox getmişdi həkimlərə.

            Şənliyın xalası Bakıda poliklinikaların birində can həkimi işləyirdi. Hələ necə il öncə kəndə gələndə Bəyim arvad ona: - ay Nərgiz,  qadan alım bir bu gəlinin qabağına düşüb həkimlərə aparsan nə olardı? Bəlkə bir illəti var bilmirik, demişdi. Sən özün də get yaxından maraqlan. Nərgiz razılaşmış, Bakıya qayıdan kimi Şənliyi  çağırıb söhbət etmiş, anasının xahişini ona çatdırmışdı.  Oğlum bilirəm ki, siz həkimə də müraciət etmisiniz, gəlin müalicə də alıb.Amma bir də başqa bir yerdə, gəlin də,  sən də təkrar yoxlanın, görək nə olub axı, gül kimi uşaqlarsız, niyə axı sizin övladınız olmasın?- demişdi.

O vaxt  pərt halda gülümsəmiş , -Necə məsləhətdir deyib razlılaşmıdı.

Nərgiz: - bir şərtim var oğlum !Nərmin bilməsin birinci səni yoxlatmaq istəyirəm. Görüm, iraq olsun bəlkə elə səndə bir səbəb var. Sabah gəl qan analizlərini ver arxayın olaq .Nəticəyə baxarıq lazım gəlsə sonra gəlini də gətirib müayinədən keçirərik demişdi. Elə səhərisi  gəlib qan analizlərini vermiş , allahtərəfi hər şey tər təmiz çıxmışdı.

            Şənlik bilirdi ki, niyə övladları olmur. Nərminin anası onların hər ikisini müayinə etdirmişdi. Həkimlər günahı Nərimin də görmüşdü. İlk əvvəl diaqnozu eşidəndə fərqinə varmamşdı.Anovulyasiyadır demişdi həkim.Müalicələrə başalamışdılar. Bir ayın tamamında ümidlə nə zaman vaxtından keçəcəyi anları gözləmişdi Nərmin. Ayın axrında növbəti aybaşısı onu varından yox etsə də, düşünmüşdü ki, allah kərimdi,  bəlkə gələn dəfə qalacam. Təkrar- həkimlərə müracət etsə də, anasının məsləhəti ilə həkimini dəyişdirib başqa bir , klinikalarda müalicələr alsa da,  heç bir nəticə verməmişdi.

            Anovulyasiya deyirdi bütün müayinələr. Nərmin bu diaqnozu internetdə axtarıb tapmış diqqətlə oxumuşdu. Bir sicilləmə material verilmişdi bu zəhirmar anovulyasiya deyilən xəstəlik haqqında. Anası da mat məəttəl qalmışdı qızının bu xəstəliyinə. Gül kimi böyütmüşəm mən sizi bu nə xəstəliyidir gəlib mənim balamda üzə çıxıb deyə gözünün ilk ovu , ilk övladı üçün gizlində sızım –sızım sızıldayırdı anası.

Nərmin internetdə tapıb oxuduqları, əldə etdiyi tibbi kitabları, vərəqləyib anovulyasiya haqqında bütün yazıları oxuyurdu.Sonra da onun müalicəsinə aid materialları axtarır, diqqətlə oxuyub övladı olmaq ehtimalının olub olmadığı ümidilə dayanmadan mütaliə edirdi.

            Lap əvvəldən atası hələ sovet dönəmi zaman bəri bir neçə "elmi kütləvi", "publisistik" jurnallara abunə yazılardı. Nərmin gözünü açandan bəri evdə "Elm və həyat", "Здоровье", "Ulduz", "Azərbaycan qadını", "Наука и жизнь" kimi jurnalları görmüşdü. Indi də, bu ənənə davam edir, həmin jurnallar latın qrafikasında olsa da həm azərbaycan həm də rus dilində davamlı olaraq atasıgilin evində olardı.

            Əli hər yerdən üzüləndə özünü mütaliəyə vururdu. Bir dəfə atasıgilin evində əlinə yeni bir jurnal düşdü. Müasir stildə nəfis tərtibatlı jurnalı əlinə alıb baxdı. "Azərbaycan Əzaçılıq və Farmakoterapiya " jurnalı. Nə yaxşı düşündü bunu aparıb oxuyaram.

Jurnalı əlinə alıb, gözündə eynək mütaliə edən atasına:

Ata, olar bu jurnalı bir neçə günlüyə götürüm, məndə qalsın ....

Atası eynəyin üstündən Nərminə, bir də əlindəki jurnala baxıb: –Əlbətdə olar qızım sənə bu evdə hər şey qurbandır. Bir də ki, elə sizin üçün almırammı bu jurnal qəzeti oxuyub məlumatlı olasınız.

Indi heç kitab qəzetə fikir verən yoxdur axı.Təki siz oxuyun qızım. Götürüm deyəndə ki,  bura da sənin evindir də, həyətin o başı deyib gülümsədi. Sonra Nəriminin əlindəki jurnala diqqətlə baxanda bu yeni abunə yazıldığı Azərbaycan Əzaçılıq və Farmakoterapiya jurnalı" olduğunu gördü və elə o anda da ürəyindən bir sızıltı keçdi.

             Tərxan kişi də, nəvə həsrəti çəkir, baba olacağı günü həsrətlə gözləyirdi. İndi tibbi jurnalı Nərminin əlində görəndə başa düşdü ki, ciyərparəsi öz dərdinə alac axtarır.Bir anlığa fikri qarışdı oxuduğu məqalənin nədən bəhs etdiyini belə unutdu.Eynəyini gözündən çıxarıb şüşələrini silmək üçün eynək qabınının içərisində olan tünd rəngli, xüsusi olaraq optik şüşələrin təmizlənməsi üçün qoyulmuş dəsmalı götürüb eynəyin şüşəsini hovxurub silməyə başladı.

            Tərxan kişinin üç qız övladı var idi. Oğlu olmamışdı. Həyat yoldaşı Səmayə xanım bundan çox fikir çəkir, səni oğulsuz qoydum deyirdi.  O, Tərxan kişi isə bu üç gül balanı mən yüz oğula dəyişmərəm demişdi. Nə danışırsan deyirdi. Təki balalarımın canı sağlam bəxtləri ağ olsun. Nərminənin bu evladsızlığı onlara yaman yer eləmişdi.Səmayə xanım bəzən öz-özünə danışırdı.Gah gileylənir, gah da peşmançılıq hissi keçirib övladı üçün dua edirdi.

İlahi kərəminə şükür, keç günahımdan bəlkə mən naşükürlük etdim.

Oğul təmmənasında oldum.Balamın heç övladı olmadı. Mənim balamı naümüd qoyma ilahi,  deyib, saatlarca allaha yalvarırdı.

            Nərimin jurnalı əlinə alıb otaqdan çıxdı.

            Atası Nəriminlə Şənlik üçün geniş həyətində üç otağlı içinin hər şəraiti olan xudmani bir ev tikdirmişdi. Şənliklə Nərimin evlənəndə qalmağa yerləri olmadığından onları kirayə tutmağa qoymamışdı. Rayondan qayıdıb gələndə qızı ilə kürəkənini birbaşa öz evində yerləşdirmişdi.

Elə o vaxtdan atasıgildə yaşayırdı Nərmin ilə Şənlik.

Tərxan kişi kürəkəninin qaynata  evində qalmasından sıxıldığını, mənəvi əzab çəkdiyini bilməmiş deyildi. Lakin indiki halda ev almaq da Şənlik üçün nəinki asan deyildi, hətta buna imkanı belə yox idi.

Nərminin atası bunu gözəl anlayırdı. El- elə sığar, ev evə sığmaz deyib atalarımız.

            Odur ki, Tərxan kişi, maddi imkanının çatdığı səviyyədə bu xudmani mənzili tikmişdi. Ev hazır olanda Nərimin sevinci yerə -göyə sığmırdı.Elə Şənlik də ondan geri qalmırdış. Qaynatasına necə təşəkkür edəcəyini bilmirdi.Şənliyin valideynləri bunu eşidəndə kənddən durub gəlmişdilər Bakıya. Tərxan kişiyə , Səmayə xanıma sidq ürəkdən təşəkkür etmişdilər.

            Evin qonaqlığını isə kənddə vermişdilər. Tərxan kişi ailəsini də yığıb bu gözəl, ucqar dağ rayonuna getmişdi. Orada yeni evin şərəfinə böyük bir ziyafət verilmişdi. Ərşad da qudasının gəlişinə iki toğlu kəsmişdi. Əldən ayaqdan getmişdi. Bu məclisdə gələcək nəvələrin şərəfinə də badələrdə qaldırmışdılar.O vaxtdan artıq yeddi ilə yaxın bir zaman keçməsinə baxamayaraq hələ də nəvə yox idi.

Tərxan kişi  bunları düşünə-düşünə jurnal əlində çıxan Nərminin dalınca baxıb dərindən köksünü ötürdü.

Tərxan kişi, "kərəminə şükür ilahi" sən mənim balamı naümüd qoyma deyirdi. Bu evdən, həyətdən də, uşaq səsi gəlsin.

Daha mütaliə etməyə həvəsi qalmamışdı. Jurnalı stolun üstünə qoyub həyətə çıxmışdı.

            Nərimin həyətin o biri səmtində atasıgilin evi ilə perpendikulyar olan mənzilə daxil olub qonaq otağına keçdi. Jurnalı açıb vərəqləməyə başladı. Jurnalı vərəqləyib sona çatdı.Sonra mündəricatı açıb bir-bir məqalələrin adını oxumağa başladı.

            Sayca ücüncü məqalə Səbuhi Əzimzadənin Qadın sonsuzluğu və onun törədən xəstəliklər adlı yazı idi.Yazıda əvvəlcə sonsuzluğu törədən müxtəlif səbəbləblər əsasən də endokrin xəstəlikəri haqqında geniş məlumat verilmişdi.

            Yazıda ovulyasiya, antiovulyasiya barədə yazılmışdı.Nərminin diqqətini bir absaz xüsusilə cəlb etdi. Sıx xırda şiriftlə-  antiovulyasiya-ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) baş vermədikdə hamiləlik mümkün deyil. Qadın sonsuzluğun əsas səbəbi də ovulyasiyanın olmamasıdır.

Anovulyasiyanın səbəbləri müxtəlifdir - endokrin xəstəliklər (bu zaman orqanizmdə hormonal pozulmalar yaranır ki, nəticədə ovulyasiya baş verməyə bilər), polikistoz yumurtalıqlar sindromu, hipotalamus və hipofiz şişləri və s.Çox geniş yazı idi.Oxumaqda davam edirdi.

            Tam sağlam və menstrual dövrü mütəmadi olan qadında 1 il ərzində 1-2 menstrual dövr (birinin ardınca olmamaq şərti ilə) ərzində ovulyasiya baş verməyə bilər. Bu normal sayılır.Lakin hamiləlik testlərilə müqayisədə bu testlərin istifadəsi qadından daha çox dəqiqlik və diqqət tələb edir.Bəzi sonsuzluq formalarında müalicə zamanı ovulyasiyanın anını dəqiq təyin etmək çox vacibdir.

Ovulyasiyanı təyin etmək üçün ev şəraitində xüsusi ovulyasiya testlərindən istifadə etmək olar. Hal hazırda ovulyasiya testləri qadınlar arasında böyük populyarlıq qazanıb.

Sonra da hormonlar haqqında məlumat verilrilirdi: sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır.

Hormonal fonun pozğunluğu qadınlarda daha çox təsadüf edildiyi kimi hallar izah edilirdi.Hormonlar-daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan yüksək aktivliyi olan maddələrdir.Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər.Hormonlar qadın cinsi sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər.Hormonal sistemdə hər hansı bir pozğunluq olduqda (bir və ya bir neçə hormonun səviyyəsinin artması və ya azalması) bu proseslər də pozulmuş olur ki, nəticədə sonsuzluq inkişaf edə bilər.

Nərimin bir də baxdı ki, elə ayaq üstəcə xəyal aləminə cumub.

 

***

 

Ərşad kişinin öskürəyi eşidilməsi ilə pillələri qalxıb evə girməsi bir oldu.

Evə girib birbasa oğluna yaxınlaşıb öpüşüb görüşdü və gəlinini alından öpüb xoşgəldin elədi.

Nəfəsini dərməmiş elə ayaq üstəcə meydandakı, söhbətlərin təsiri ilə:

 Ay Şənlik, ay bala, bu nə söhbətlərdir dedi.

Bu mənfur düşmən yenə nə qıcıyıb dişlərini üstümüzə.

Pah atonnan aləm qarışıb bir –birinə bu radio qırdı tökdü cammatı. Eşitdinizmi radio ilə necə mahnılar verirlər elə bil çağırışdır.

Kənd cammatı ayağa qalxıb, yumruqlar düyünlənib.

Nə oturmuşuq deyirlər, daha bıçaq sümüyə dirənib gedib vətəni azad etmək vaxtıdır.

Nəyi göyləyirik?

Şənlik bilirsən də,  cənab Prezident  bu həftə  cəbhə bölgəsində olmuşdur.

Bu barədə elə bir az əvvəl meydandakı radio məlumat veridi. Çox əla bir görüş olub, Prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir.

Ata-oğul axır günlər cəbhə bölgəsində yaranmış vəziyyəti qızğın müzakirə edə -edə stulları çəkib oturdular.

Bəyim arvad mətbəxə keçib biş-düşünə baxmağa getdi.

 

***

Gəlin özünə yer tapa bilmirdi.İstədi mətbəxə girib qaynanasına kömək etsin.Lakin özünü məcbur edə bilmədi.

Fikir burulqanında çabalaya –çabalaya qalmışdı.Ayaqa qalxıb pəncərədən həyətə boylandı.Qulğaına  su şırıltısı gəldi elə bil.

Diqqətlə baxanda pəncərənin altındakı salınmış qızılgül zolağının içidə gözə dəyməyən yerdə quraşdırılmış və bir qədər hündür olan su borusu  gördü.

Görünür bu boruya şlanq birləşdirilib, gül kollarının dibinə qoyulurmuşdu.İndi suyun təzyiqi qalxmış və rezin şlanq çıxıb yerə düşmüşdü. Su ağappaq şırnaqla axır, yolla evin arasındakı  üstü açıq olan çiçək zolağını sulayırdı. Suyun ahəngdar şırıltısı, çiçəklərin xoş rayihəsi pəncərədən birbaşa evə dolurdu.

            Bu mənzərəni bir xeyli süzdü. Öz otağına daxil olub qoşa çarpayıya nəzər saldı. Otaq çox səliqəli idi. Bəyim arvad bu otağa heç kimi buraxmazdı. Gəlinin otağıdır deyib əzizləyirdi. Bu otağa heç kimin ixtiyarı yox idi girməyə. Həftədə, on gündə,  bir dəfə Bəyim arvad özü bu otağa əl gəzdirir, güzgülü kamodun olmayan tozunu alırdı. Bir əli bu otağın üstündə idi. Oğlu ilə gəlini gələnə kimi bu işi sevə-sevə  davam etdiriridi. Çiçək zolağı onların pəncərəsinin altından keçirdi.Yaxınlaşıb pəncərəni açdı.

            Qəribə idi pəncərəni açan kimi ilk gözünə dəyən salxım söyüd oldu. Əlləri ilə gözlərini silib bir də, bir də baxdı.Amma yanılmışdı. Salxım söyüd yox idi. Daha qulac-qulac saçlarını  nazla daramırdı bu həyətdə. Gözlərini dolandırıb qızılgüllərə baxdı.

            Nə yaxşı ki bu zaman qaynanası onu səslədi.

Ay gəlin, Nərmin, qadan alım gəlin əl ayağınızı yuyub rahatlanın, bir qismət çörək yeyək yol gəlmişiniz axı. Ərşada qalsa bütün günü müharibəni müzakirə edəcək dedi. Əynini dəyişib həyətə endi. İstədi əl üzünü güllükdəki su şırnağının altında yusun. Düşündü ki, deyerələr gəlin niyə həyətdə tikilmiş təmtəraqlı bulaqı qoyub bağçadakı su kranından istifadə edir.

 Könülsüz halda bulağa yaxınlaşdı. İndi bu kəntdə dəbdəbəli bulaq tikdirmək yaman dəbə düşmüşdü. Bulağa yaxınlaşanda novun üstündəki lövhəcikdə bərkidilmiş gözüzgüdə özünü gördü. Rəngi sapsarı idi. Güzgüdən Nərminə bir cüt kədərli göz baxırdı.

Bu bulağın tikilməsində yerinin müəyyən olunmasında bilavasitə iştirak etmişdi Nərimin.

 Qaynatası:  Nərmin qızım bulağı harada tikdirsəm daha gözəl olar ?-demişdi. Nərimin şəhərdə böyüsə də, həyət evində yaşamışdı. Elə indi də orada yaşayırdı. Həyətin səliqə səhmananına xüsusi fikir verirdi. Xoşlayırdı ki, həyətdə səliqə səhman olsun. Bunu qayınatası da, yaxşı bilirdi. Nərminin zövqünə bələd idi. Odur ki, Nərminlə məsləhətləşmişdi bu bulaqı tikdirəndə. O vaxt qaynatası onun rəyini soruşanda Nərmin çox ölçüb biçmişdi. Həyəti diqqətlə nəzərdən keçirmişdi. Küçəyə çıxıb yenidən həyət daxil olmuşdu. Nəhayət salxlım söyüdlə üzbəüz eyvan daha yaxınyeri seçmişdi seçmişdi.

Bulaq elə tikilmişdi ki, bulağın  yuxarı hissəsinə vurulmuş, kənarları xüsüsi işləməli güzüdə salxım söyüdün göz oşayan sığallı telləri görünürdü. Güzgüyə baxanda adam elə gəlirdi ki, kimsə bu yaşıl incə budaqların içindən sənə boylanır. Bu güzgüdə elə bil adam daha qəşəng görürdü. Nərmin bu güzgüyə baxanda özündən yaman xoşu gəlirdi. Bəzən də özündən ixtiyarsız üzünə əl atar söyüdün incə  tellərini sifətindən yığışdırmaq istəyərdi. Güzgüdə salxım söyüdlə danışardı. Nəşələnirdi elə bil bu təmasdan. Çox nəşələnərdi. Hətta güzgüyə əlini uzadıb ixtiyarsız olaraq qırçın¸yaşıl elastik budaqlarını tumarlamaq istəyəndə bir anlığa elə bilirdi qırdı tökdü söyüdün budaqlarını.

Bəzəndə uşaq kimi oynayardı güzgüdə söyüdlə. Söyüdün saçlarını islatmaq istəyərdi. Göz yaşı kimi duru suyu ovuclayıb güzgüyə çırpardı. Söyüdün nazlı qırçın tellerinin səfini dağıdardı.

 İndi güzgüdə açıq aydın görünən bir az da solğun sifətini görəndə diksindi.

 İndi güzgüdə bir reallıq dayanmışdı onunla üzbə-üz.

Nə salxım söyüd var idi, nə də onun güzgüdəki əksi. Nəfəsi tıncıxdı.

Keçən il Nərmin güzgüdəki bu mənzərəni çəkib WhatsApp profilinə qoymuşdu Nərmin.

Şənlik WhatsApp profilinə öz şəklini qoymağı məğbul saymırdı. Bunu çox incə şəkildə Nərminə də anlatmışdı. Nərmin Şənliyin fikirlərinə hörmətlə yanaşırdı həmişə. Elə onda da  bir söz deməmişdi. Nərimin digər profil şəkilləri ilə yanaşı kənddə çəkdiyi təbiət mənzərələrini də qoyurdu vaxtaşırı. Söyüdün müxtəlif tərəflərdən çəkilmiş fotoları var idi. Xüsusilə bulağın güzgüsündəki əsrarəngiz bir gözəlliiyə malik olan fotosunu da vari idi Nərmində.

Həmişə deyirdi bu nə gözəl ağacdır.Taleyimin ağacı deyirdi ona. Uşaqlarımızı bu ağacın gölgəsində yatırarıq deyirdi.

Ümumiyətlə Nərmin çox sevirdi bu dağların köksünə sığınmış Niyal kəndini. Buranı dünyanın ən gözəl kurortlarından üstün tuturdu.

            Əynini dəyişib həyətə endi. İstədi güllükdəki su şırnağının altında əl üzünü yuyub rahatlansın, lakin ehtiyat etdi. Düşündü ki,deyerələr gəlin niyə həyətdə tikilmiş təmtəraqlı bulaqı qoyub bağçadakı kranından istifadə edir. Könülsüz halda bulağa yaxınlaşdı.

            İndi bu kəntdə dəbdəbəli bulaq tikdirmək yaman dəbə düşmüşdü. Bulağa yaxınlaşanda kranın üstündəki lövhəcikdə bərkidilmi gözüzgüdə özünü gördü. Rəngi sapsarı idi gözləri də kədərli. Bu bulağın tikilməsində yerinin müəyyən olunmasında bilavasitə iştirak etmişdi Nərimin. Qaynatası:  Nərmin qızım bulağı harada tikdirsəm daha gözəl olar?- demişdi.

            Nərimin şəhərdə böyüsə də, həyət evində yaşamışdı. Elə indi də orada yaşayırdı. Həyətin səliqə səhmananına xüsusi fikir verirdi. Xoşlayırdı ki, həyət səliqəli olsun. Hər şey öz yerində olsun.

Bunu qayınatası da yaxşı bilirdi. Nərminin zövqünə bələd idi. Odur ki, Nərminlə məsləhətləşmişdi bu bulaqı tikdirəndə. O vaxt qaynatası onun rəyini soruşanda Nərmin çox ölçüb biçmişdi. Həyəti diqqətlə nəzərdən keçirmişdi. Küçəyə çıxıb yenidən həyət daxil olmuşdu. Nəhayət söyüdlə üzbəüz sahəni seçmişdi.

            Bulaq elə tikilmişdi ki, yuxarı hissəsinə vurulmuş, kənarları xüsüsi işləməli güzüdə söyüd görünürdü. Güzgüyə baxanda adam elə gəlirdi ki, kimsə bu yaşıl incə budaqların içindən sənə boylanır. Bu güzgüdə elə bil adam daha qəşəng görürdü. Nərmin bu güzgüyə baxanda özü-özündən xoşu gəlirdi. Bəzən də özündən ixtiyarsız üzünə əl atar söyüdün incə  tellərini sifətindən yığışdırmaq istəyərdi. Güzgüdə  söyüdlə danışardı. Nəşələnirdi elə bil bu təmasdan. Çox nəşələnər, bu dəfə güzgüyə əlini uzadıb onların əksini tumarlamaq istəyəndə bir anlığa elə bilərdin qırdı tökdü söyüdün budaqlarını.

Bəzən də uşaq kimi oynayardı güzgüdə söyüdlə. Söyüdün saçlarını islatmaq istəyərdi. Gözyaşı kimi duru suyu ovuclayıb güzgüyə çırpardı. Söyüdün nazlı qırçın tellerinin səfini dağıdardı.

 İndi güzgüdə açıq aydın sifətini görəndə diksindi. Güzgüdə bir reallıq dayanmışdı onunla üzbəüz.

Nə salxım söyüd var idi, nə də onun güzgüdəki əksi. Nəfəsi tıncıxdı.

Keçən il Nərmin güzgüdəki bu mənzərəni çəkib WhatsApp profilinə qoymuşdu.

 

Ardı var...

 

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam