Dərk olunmayan həqiqət:“sapı özümüzdən olan baltalar”ın nəzərinə
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla bağlı verilən
“Dövlət çevrilişi, yoxsa xəyanət?..”
yazısı ilə bağlı Aztoday.az saytına açıq məktub:
(Birinci yazı)
Yenixeber.org: Birgünlük Azərbaycanın internet saytlarını oxuduqdan sonra, 1945-ci ildə ABŞ MKİ-nin yaradıcısı general A.Dallesin “MKİ-nin işçilərinə” adlı müraciəti yadıma düşdü. Yenidən oxudum... təkrar-təkrar düşündüm və sanki bugünümüzü yaşadım. A.Dalles müraciətində yazır: “...Müharibə qurtardı. Biz isə, qurtara bilmərik. Yeni bir fazaya – informasiya müharibəsinə keçirik. Tarixi səhifələr təzələndi. Əlimizdə, xəzinəmizdə nə sərvət varsa, hamısını bu yolda apardığımız müharibədə sərf etməliyik.. Məsələn neft ölkəsi olan Azərbaycan ərazisini götürün. O, Sovet İttifaqının ən varlı ərazilərindən birinə çevriləcək. İran Şahının “eyvan”ından ora aydın görünür... Gedin, xəlvəti yol tapıb, o yerlərə soxulun. Düşünən beyinləri döyəcləyin, oğurlayın. Pul xərcləyin. Fahişəxanalar açın, hotellər tikin, gecə barlarında gicəllənən cavanların beyninə tüstü buraxın... yaxşı nə varsa əllərindən alın. Telekanalları, mətbuatı, düşünən, ağıllı başlardan təmizləyin. Şou proqramları “Lüt üryanlı layihələr” irəli sürün. Ekranlara boş, mənasız hırıltıları, arvad geyimlərini nümayiş etdirən “erkəkləri” çıxarın. Gülün, varlı təbəqəni əyləndirin... kasıb təbəqəni güldürün. Düşünməyə imkan verməyin. Nə qədər pul istəsələr verin. Onları kəşfiyyat üçün alın. Onda görəcəksiniz ki, təmizlik və düzgünlük, cəsarət və ədalətli söz demək... pulun önündə nə qədər acizdir. Yalan danışın, böhtan deyin, hiyləgər işlər görün.. Sizə xərclədiyiniz pulun müqabilində heç kəs, heç nə deyən deyil. İşıqlı beyinləri oğurlayın. Onsuz da müharibədən sonra o yerlərdə işıqlı beyinlərin bir qismi iflic olub. Pul verin, o işıqlı beyinləri dumanlandırın. Azərbaycana işıqlı beyinlər lazım olmayacaq. Yalan və şər, böhtan dolu məlumatlarla Azərbaycanı işğal edin. Xırda millətləri, nəsilləri, nazirlikləri qarşı-qarşıya qoyun. Ailələrə girin. Pərdənin arxasındakı min hoqqaları açıb-tökün. Yalan deyin... Amma deyin. Çox deyin. Pul verin... Sizin yalanlar, şər və böhtanlar düz fikir kimi qəbul ediləcək. Yol tapın...yaltaqlanın, özünüzü şirin göstərin... məqsədinizə çatmaq üçün yerli simasız əclaf qruplardan istifadə edin. Onlar sizi gözləyir. Beləliklə biz Azərbaycan mətbuatında... Azərbaycan mühitində uzun müddətli, biri-birini əvəz edən əclaf və nankor, qələmi və sözü heç nə deyən, ancaq bizim pul kisələrindən asılı qalan yeni nəsillər yetişdirəcəyik.
Biz onda həmin məkanda mənəvi, fiziki qələbələrə nail olacağıq. Bu mənim ikinci müraciətimdir. Birinci müraciətimdən o qədər də fərqlənmir. Yadımdan çıxan bir məsələ də var.
Siz – gələcəyin casusları ərazidə (Azərbaycanda) millətin say-seçmə, xeyirxah, nüfuzlu, qurub-yaradan... oğulları və qızlarını da yaddan çıxarmayın... İctimai rəyi genişləndirin. Məsələn bir nəfər haqqında qışqırın ki, o dələduzdur... xəyanətkardır... çevriliş edəcək... Birinci mərhələdə seçdiyiniz hədəfi şərəfsiz, yaramaz və qorxulu şəxs kimi təsvir edin. İctimai rəy yaradın. (Bunun üçün pul xərcləməkdən qorxmayın.)
İkinci mərhələdə seçdiyiniz hədəfi dövlətin, dövlət başçısının, rəhbərliyin və dostlarının gözündə nüfuzdan salın, onu qorxulu adam kimi təsvir edin.
Üçüncü mərhələdə onu şər, böhtan və yalan məlumatlarla çərlədin, ailəyə girin. Qarşıdurmalar yaradın. (Bu yolda fahişəlikdən və digər əxlaqsız işlər görməkdən çəkinməyin. Yaramaz adamları ətrafınıza cəlb edin. Pulumuz kifayət qədərdir.) Ərazidəki Diplomatik korpuslarla sıx əlaqələr qurun. Onlar sizə həmişə yardımçı olacaq.
Yalan sözləri sayın və düz 99 dəfə təkrar edin. 100–cü dəfə pul və çörək həsrətində olan kütlə dediyimiz tərəflər yalan sözü həqiqət kimi qəbul edəcək. Və bir də görəcəksiniz ki, sizin hədəfiniz sıradan çıxıb... Artıq yoxdur. Ya ölüb, ya da əlil arabasında sürünüb gedir... yeri boşalıb. Sonra siz davam edin. O yeri doldurmaq üçün adını irəli sürdüyünüz insanı başıboş əxlaqdan kəm, yaramaz, qan qarışığı olan adamları təbliğ edin. Gecə və gündüz təbliğ edin... pul verin, qızıl verin... boşalmış strateji yerləri tutaq... Onda görəcəksiniz ki, Azərbaycan bizimdir...Gedin, durmayın... gedin...”
Üstündən uzun müddət keçsə də ABŞ kəşfiyyat generallarının çağırışı öz gücündə qalır. Araşdırmalarımıza görə general A.Dallesin sözlərini və pozuculuq və təxribatçı proqramlarını Azərbaycanda geniş təbliğ edən, onu internet saytlarında yayan, ünvanlara göndərən ABŞ-ın Azərbaycandakı diplomat yardımçılarından olan kəşfiyyat mayoru Delores M. Nelson olub. Onun Azərbaycana vurduğu mənəvi və maliyyə ziyanının miqdarı ölçüyə gəlməz. Bu adam əyləşdiyi kəşfiyyat kreslosuna sığınaraq son uç ildə ABŞ mətbuatında Azərbaycan Prezidenti və ailəsi haqqında Ulu Öndər strategiyaları və siyasəti haqqında 106 dəfə saxta , yalan məlumat yayıb. Onun yaydığı Anti-Azərbaycan məlumatlarının 38-i Böyük Britaniya mətbuatında verilib. Mənə deyin: bu materialları xarici mətbuat səhifələrində təkzib edən, dövlətimizin şərəf və ləyaqətini qoruyan bir adam tapıldımı? Azərbaycan Prezidenti və onun Ailə şərəfini, ləyaqətini xarici mətbuat səhifələrinə çıxaranlara tutarlı cavabı kim verdi?...
Gedin, oxuyun cənablar!
Mən fikirlərimi genişləndirmək üçün Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan ABŞ-ın yarımçıq diplomat-kəşfiyyatçısı cənab Delores M. Nelsonun ABŞ MKİ-nin saxta, lakin rəsmi vərəqinə köçürtdüyü materiala qayıdıram.
Bu adam 2014-cu ildə Azərbaycanın doqquz naziri, Prezident Aparatı işçilərı, Milli Məclisin komissiyaları, rəhbərliyi haqqında (mən adları çəkmirəm) kifayət qədər Azərbaycana investisiya qoymağa hazırlaşan dünyanın ən tanınmış şirkətlərinə... saxta, yalan məlumatlar, arayışlar verib. Məsələn Delores M. Nelson 2014-cü ilin sentyabrın 26-da Vaşinqtonda keçirilən şirkət rəhbərlərilə konqresmenlərin və kəşfiyyat rəhbərlərinin görüşlərində iddia edir ki, “Azərbaycan qorxulu ölkədir...” Yəni ora investisiya qoymayın və o ölkədə istirahət etməyə cəhd etməyin. Ermənistana tərif deyən bu adama Bakıda geniş imkanlar verildi. Keçmiş səfir Riçard Morninqstarın isti qanadlarına sığınıb qaldı.
Uydurma “məxfidir qrifli”SC-2014-30057-FB-18231
Maraqlısı budur ki, Azərbaycanın bəzi internet saytları da bu əclaf koordinatorun (başqa söz tapa bilmədim) saxta arayışına sığınaraq, “maraqlı təhlillər”, “açıqlamalar” verməyə başladılar. Məsələn Aztoday.az saytı tələm-tələsik yazır ki, Birləşmiş Ərəb Əmirliklərinin Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadir Azərbaycana 70 milyon dollar investisiya yatırıb. Və guya bu investisiyanın əsasını da Azərbaycanda Dövlət Çevrilişi təşkil edir. Və Aztoday.az saytı da ABŞ MKİ-nə məxsus, üstündə “məxfidir” qrifi olan SC-2014-30057-FB-18231 saylı sənədində cənab M.Nelsonun saxta araşdırmasına əsasən iddia edir ki, Azərbaycanda Dövlət Çevrilişi üçün 73 milyon dollara Fövqəladə hallar Naziri Kəmaləddin Heydərov başçılıq edir...(?)
Xatırladım ki, adı çəkilən BƏƏ –nin mühafizəçilərindən olan Məhəmməd bin Rəşid Qadir adlı adam Dubay təhlükəsizlik xidmətində yoxdur. Sadəcə belə bir ad var: Məhəmməd bin Raşid Qadir. O da bir varlı şeyxin mühafizə dəstəsində xidmət edirdi...daha etmir. Başqa bir işlə məşğuldur.
Sayt iddia edir ki, Kəmaləddin Heydərovun “Əl-Qaidə” terror təşkilatı ilə iş birliyi olub. Absurd və gülünc məsələdir. Eks-Prezident B.Obama vaxtilə Azərbaycan ölkəsinə ünvanlandığı strateji məktubların birində qeyd edir: “... Baxmayaraq ki, Azərbaycan coğrafi xəritədə ən ciddi sərhədlərlə, keçid zolaqları ilə əhatə olunub, keçmiş İttifaq əraziləri içərisində ilk ərazidir ki, qapılarını terrorçuların üzünə bağlayıb. Yoxlamaya görə dünyanın 128 bankı Əl-Qaidaya yardımçı olub. Dünyanın 1658 nəfər Bin Ladenə yardım edənlərin cərgəsində heç bir azərbaycanlı məsul şəxs və yaxud iş adamı olmayıb...və s” (2015-ci 11 sentyabr müsahibəsi.) ABŞ Dövlət Apartamentinin 128222-saylı məxfi sənədinə əsasən qeyd edək ki , uzun müddətli tədqiqatdan sonra “Əl-Qaidə” ilə sıx təmasda olan dövlətlər sırasında Azərbaycanın adı yoxdur. Ölkədə heç bir şirkətin, heç bir nazirin və Bank sisteminin “Əl-Qaidə” ilə təması olmayıb. Lakin İngiltərənin, Parisin, Almaniyanın, İsveçrənin, RF-nın, Səudiyyə Ərəbistanının, BƏƏ –nin, Küveytin, ABŞ-ın.... sıx əlaqəsı olub və adları qeyd olunan ölkələrin nüfuzlu şəxslərı tərəfindən maliyyə dəstəyi alıb. Söhbət hansı sövdələşmədən gedir? Heç bir nüfuzu olmayan adi bir şeyxə nökərçilik edən Bin Rəşidlər Azərbaycanda Çevriliş edə bilərmi? Ölmüşdü, Azərbaycan...
Diplomat Riçard Morninqstar Azərbaycanda öz ölkəsinin ən səfeh və tədbirsiz diplomatı olub.
Məxfi sənəd məsələsi...
Saytın əməkdaşlarına bunu da xatırladım ki, ABŞ MKİ –nin xüsusi vərəqində heç vaxt “Məxfidir” sözü yazılmır. Çünki vərəq özü məxfidir. Çünki qaydalara görə vərəq həqiqi vərəqdirsə “məxfidir” sözünə ehtiyac yoxdur. Vərəqdəki emblem və simvol, nişan kifayət edir. Yəni cənab Delores M. Nelsonun fövqəladə hallar naziri və onun ailə üzvləri ilə bağlı sənədi saxtadır. Və bu saxta sənəddə saytınız öz auditoriyasına yaxşı sırıya bilməyıb. Digər tərəfdən ABŞ MKİ-nin “Xüsusi Direktivləri”nə görə Kəşfiyyat İdarəsindən çıxarılan hər hansı məxfi sənədə görə 18 il həbsxana işi var. Məsələn 2015 -ci ildə belə bir məxfi sənəd itkisinə və yaxud oğurlandığına görə MKİ- dən 168 nəfər vəzifəsindən qovulub... Amma cənab Deloros M. Nelson hələ də azadlıqdadır.
Apardığımız araşdırmalara görə məlum saytın başçısının otağında dünənə qədər Cənab Prezidentin şəkli asılmışdı.
Məlumata görə indi həmin şəkil götürülüb və onun yerində də indiki və keçmiş nazirlərin şəkli asılıb...
Bizi başqa bir məsələ maraqlandırır. O da, ABŞ MKİ-nin keçmiş başçısı general Con Brennanla eks səfir Morningstar arasındakı yazışmalardır. Saxta olan bu məktubların mərkəzində Azərbaycan dayanıb. Eks səfir Morninqstar MKİ-nə hesabat verir. Hesabatında iddia edir ki, FHN-i Kəmaləddin Heydərov cənabları ərəb şeyxləri ilə əlbir olaraq dövlət çevrilişinə hazırlaşır. Bütün bu uydurma strategiyaya münasibət bildirən general Con Brennan iddia edir ki, “Ağ ev”ə bu istiqamətdə tez-tez məlumat verilsin. Eks səfirin informatoru cənab D.M.Nelsona gəlincə o da, mükəmməl bir arayış hazırlayır...
Qeyd edək ki, saxta və qurama sənədlər məlum saytın öz ofisində hazırlanıb. İnformator Nelsonun adı isə ABŞ-da məşhur terror birləşməsi olan “On üçlər”in üzvü kimi ABŞ Dövlət Departamentinin sənədlərində hallanır.
Araşdırma materiallarına görə general Con Brennan o vaxt Morningstara göstəriş vermişdi ki, nəyin bahasına olursa-olsun siz FHN-nə soxulun, nazir Kəmaləddin Heydərovla ölkə başçısı İlham Əliyevin arasında qurulan körpünü sındırın. Vaşinqtonun Bakıda mütləq hakim olması üçün onları bir-birindən ayırın.
Məlumata görə MKİ-si bu missiyanı həyata keçirmək üçün müəyyən qüvvələrə iki yüz min dollar maliyyə vəsaiti ayırmışdı.
Vaşinqtonun əbədi arzusu
Əldə etdiyimiz digər bir sənədlə MKİ-nin generalı, eks direktoru Con Brennanın “Azərbaycana qarşı dörd direktiv sənəd”i də maraqlıdır. Sənədin 3-cü bəndində göstərilir ki, FHN-i K.Heydərovu prezident İ.Əliyevdən ayrılması mexanizmi Vaşinqtonun Bakıdakı diplomatik korpuslarına yaxın olan şəxslər vasitəsiylə həyata keçirilməlidir.
Məlum sayta bunları da xatırladım ki, həqiqət budur, siz yazdığınız yox. Azərbaycanı dağıtmaq, viran qoymaq, gücünü və sərvətini əlindən almaq, onu nüfuzsuz bir məmləkətə çevirmək Vaşinqtonun əbədi arzusu olaraq qalır. Bizim faciəmiz ondadır ki, bu missiyaya, bu arzuya təkan verən saytlar, qəzetlər, radio və televiziya proqramları hələlik yığışdırılmayıb. General Con Brennan yazır: “Nəyin bahasına olursa-olsun FHN-i K.Heydərovu Azərbaycan Prezidenti Cənab İ.Əliyevdən ayırın. Nəyin bahasına olursa-olsun FHN-nin gücünü iflasa uğradın. Təbliğ edin. Onu gözdən salın. Nüfuzuna zərbə vuran yazılar yazdırın. Gördüyü işlərə kölgə salan materiallar hazırlayın. Biz həmin materialları hətta xarici mətbuat səhifələrinə də çıxara bilərik.” (Bu eynilə keçmiş general A.Dallesin çağırışına bənzəyir)
Azərbaycana xidmətdə yumruq kimi düyünlənmək...
Məlum saytın yazdıqlarını alt-üst edən, fikirlərini dağıdan məktublar, teleqram nümunələri də çap edə bilərik. Amma bütün bunlar bizim missiyadan kənardır. Görünür bugün Azərbaycana Heydər Əliyev yumruğu lazımdır. Didilib tökülən, canavar sürüsünün dişlərində əzilən Azərbaycana Heydər Əliyev yumruğu lazımdır ki, hərə öz yerində otursun. Ulu Öndər yoxdur. Lakin onun varisi İ.Əliyev cənabları var. Və günün birində onun yumruğu Heydər Əliyev yumruğu kimi düyünlənəcək. Bax onda hamı öz yerində əyləşib möhtəşəm Azərbaycana xidmət edəcək.
FHN-i K.Heydərovun Azərbaycan Dövlətinə, Azərbaycan xalqına, Azərbaycan millətinə xidməti göz önündədir. Məsələn bir zaman xaricdə nəşr olunan qəzetlər onun İ.Əliyev haqqında dediyi sözləri manjetə çıxarmışdılar. O deyirdi: “Prezident İ.Əliyev qürurlu, qüvvətli, dəyanətli, öz xalqını sevən güclü bir şəxsiyyətdir. Mən həmişə onun arxasındayam. O, Azərbaycanın qüdrəti olaraq qalır.”
Məlum sayta xatırladıram: bəs siz nə yazırsınız? Bəs siz kimdən ilham alırsınız? Bəs siz haradan qaynaqlanırsınız?
Azərbaycanda kökü bilinməyən internet saytları çoxdur. Mən istəməzdim elə təsəvvürdə olum. Lakin...
“Aztoday.az” saytına belə bir xatırlatmam da var ki, imkan olarsa Vaşinqtondakı Linkoln kitabxanasında “açıq informasiya bloku”na çıxarılmış üstündən “məxfidir” qrifi götürülmüş sənədlərə baxsın. Söhbət Azərbaycanla bağlı sənədlərdən gedir. Orada kimlərin, kimin, harada, nə vaxt, hansı plan əsasında Azərbaycanda Dövlət Çevrilişi edəcəyı məsələləri açıqlanır. Və eləcə də orada hansı saytların mətbuat orqanların, Radio-Televiziyaların, Layihə və Proqramların...ünvanları nişan verilmir. Oradan bütün gizli görüşlərı götürüb ,cəsarətiniz çatarsa yaya bilərsiniz... və s.
Saytınız bu materiallarında Heydərovlar ailəsinə nüfuz etməyə də cəhd edir ... Kəmaləddin Heydərovun övladları- Taleh və Nicat Heydərovlar haqqında da yalan yazır... Onları Böyük Britaniyanın “MK-6” Kəşfiyyat İdarəsi ilə əlaqəsini verir.
Maraq üçün bu istiqamətdə bir araşdırma apardıq. Məsələn İngiltərənin Bakıdakı Diplomatik Korpusundan bizə dedilər ki, elə bir məlumat yoxdur, deyilənlər və yazılanlar uydurmadır. Taleh Kəmaləddin oğlu Heydərov Londonda heç bir pozuculuq işi olmayıb... Moskvada yaşayan diplomat, ixtisasca jurnalist olan ingilis Maykl Frend isə danışır ki, Taleh Heydərov Londonda anti-Azərbaycan qrup və dəstələrin dağıdılmasında, məhv edilməsində əvəzsiz işlər görüb. Azərbaycan dövləti hələlik onun xidmətlərinin əvəzini verməyib... Maykl Frend yazır : “...O, Londonda özünü əsl azərbaycanlı balası kimi yüksək intellekt səviyyəsi olan, bacarıqlı və əxlaq dəyərlərilə seçilən cəsarətli şəxs kimi göstərib”.
Həmçinin Taleh Heydərov xarici ölkələrin mətbuat səhifələrində dərc oluna biləcək 10-larla anti-Azərbaycan yazılarının yayılmasının qarşısını alıb...Belə olduğu halda Siz hansı Dövlət Çevrilişindən və Xəyanətindən yazirsiniz?
Saytınıza məsləhət görərdim ki, öz auditoriyasına hörmət və ehtiramla yanaşsın. Namuslu, əxlaqlı və vicdanlı, xeyirxah, millət və xalqı üçün gərəkli işlər görən vicdanlı insanların şərəf və ləyaqətini qorusun. Qaldı Böyük Britanıyanın “Mİ-6”-nə... Məni başa salın görüm bütün bu alış-verişin ocaqları olan Qərb və Avropa Azərbaycanı seviblərmi? Və yaxud sevirlərmi? Həqiqət budur. Özü də dərk olunmayan həqiqət. Yadınıza salım ki, dərk olunmayan həqiqət həmişə dərdə çevrilir.
Rövşən Novruzoğlu: Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.
Redaksiyadan: qarşı tərəfin cavab haqqını tanıyırıq.