Pakistan ordusu sərhəddə 8 yaraqlını zərərsizləşdirdi
Pakistan hərbçilərinin ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın ərazidə keçmiş yerli Taliban qalasında yaraqlıların sığınacağına basqın zamanı 8 yaraqlı öldürülüb.
Yenixeber.org xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Bildirilir ki, Xeyber-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində kəşfiyyat əməliyyatı keçirilib və hərbçilər silah və sursatları müsadirə ediblər.
Yaraqlıların kimliyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.