Ukraynanın itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 630-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 535 təyyarəsi, 254 helikopteri, 8934 PUA-sı, 441 zenit-raket kompleksi, 13 396 tank və digər zirehli texnikası, 1184 reaktiv yaylım atəş sistemi, 7105 artilleriya və minaatanı, 15 273 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.