Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

BMT-dən İsrail-HƏMAS müharibəsi ilə bağlı növbəti cəhd

İsrail-HƏMAS müharibəsində BMT TŞ-ın səhlənkarlığı böyükdür”

Dörd uğursuz cəhddən sonra BMT Təhlükəsizlik Şurası beşinci dəfədir ki, İsrail və HƏMAS arasında müharibəyə dair qətnamə hazırlamağa çalışır, lakin ciddi fikir ayrılıqlarını aradan qaldırıb, konsensus əldə edəcəyi hələ məlum deyil. Hazırda danışıqlarda olan cari layihə mülki şəxslərə yardım göstərmək üçün Qəzza zolağında dərhal humanitar fasilələrin olmasını tələb edəcək. Qətnamədə tərəflərdən mülki şəxslərin, uşaqların xüsusi mühafizəsini tələb edən və girov götürülməni qadağan edən beynəlxalq humanitar hüquq xatırladılacaq.

Yenixeber.org: Məlumata görə, Malta tərəfindən təklif edilən layihədə atəşkəs haqqında heç bir qeyd yoxdur.

“Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan 15 üzvdən ibarət şura müharibə başlayandan bəri daxili parçalanmalar tərəfindən iflic vəziyyətinə düşüb. Çin və Rusiya dərhal atəşkəsə, ABŞ isə humanitar fasiləyə çağırır, atəşkəs haqqında istənilən bir sözə etiraz edir. Əvvəlki dörd cəhddə ABŞ Braziliyanın hazırladığı qətnamə layihəsinə veto qoyub, Vaşinqtonun hazırladığı qətnamə layihəsinə isə Rusiya və Çin veto qoub. Rusiyanın hazırladığı iki qətnamə qəbul üçün lazım olan minimum doqquz səsi toplaya bilməyib. Qətnamədə deyilir ki, humanitar fasilələr bütün ehtiyacı olanlara su, elektrik enerjisi, yanacaq, ərzaq, dərman çatdırmaq üçün BMT, Qırmızı Xaç və digər yardım işçilərinin maneəsiz fəaliyyətini təmin məqsədilə kifayət qədər vaxtı əhatə etməlidir. Fasilələr həm də əsas infrastrukturun təmirinə, təcili xilasetmə və bərpa işlərinin aparılmasına imkan verməlidir”, - məlumatda bildirilib.(“Assoşeyted Press”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam