Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İrəvan KTMT-ni boykot etməklə Bakıya şans verir

 

Ermənistan düşünülməmiş addımları ilə Azərbaycana İrəvanın arxasından Rusiya ilə danışıqlar aparmaq imkanı verir.

Yenixeber,org xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü üçün Moskvaya getməkdən imtina etməsini şərh edərkən deyib.

“Bu, Birlik vasitəsilə keçirilən tədbiri erməni tərəfinin növbəti boykotudur. Oktyabrda Baş nazir Paşinyan və xarici işlər naziri Mirzoyan təşkilatın Bişkek sammitinə getməmişdilər. Hakim qüvvə Rusiya ilə münasibətləri pozmaq üçün hər şeyi edir, baxmayaraq ki, məhz bu komandanın nümayəndələri özləri Moskvanın günahkar olduğunu deyirlər. Hər şeyi məhv edirlər, amma sonra bunun məsuliyyətini Rusiyanın üzərinə atırlar. Praqada Ermənistan hakimiyyəti Qarabağın Azərbaycana verilməsi ilə bağlı sənəd imzalayır, sonra Qarabağı təslim etmədiklərini bildirir. Onların hakimiyyətə gəlməmişdən əvvəl verdiyi bəyanatlar hamımızın yadındadır, deyirdilər ki, bütün problemlərin kökü Rusiya və Qarabağdır. Sükan arxasına keçəndən sonra biz hər şeyi itirməyə başladıq. Məhz onlar Azərbaycan paradının bu gün Xankəndidə keçirilməsi üçün hər şeyi etdilər. İrəvanın Rusiya ilə münasibətləri pisləşdirməyə yönəlmiş düşünülmüş addımları Moskva, Bakı və Ankaranın daha da yaxınlaşmasına səbəb olacaq. Və belə olan halda Ermənistan bunun qarşısını ala bilməyəcək. Ermənistan MDB və ya KTMT çərçivəsində baş verənləri boykot etməklə Azərbaycana Rusiya ilə arxadan danışıqlar aparmaq imkanı verir", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam