Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Ana qızı ilə intihar etməyib, yıxılıb -Mətbuat katibi AYDINLIQ GƏTİRDİ

 

“Paytaxtın Qaradağ rayonunda ana və qızı ehtiyatsızlıqdan yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından yıxılıblar. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri yanlış informasiya yayaraq bədbəxt hadisəni, intihar kimi yayaraq çaşqınlıq yaradıblar”.

Yenixeber.org xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu KİV-in yaydığı xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hadisə əslində belə olub:

“Yaşadıqları evin eyvanında aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yıxılma təhlükəsi ilə üzləşib. Son anda qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb. 

Hadisə nəticəsində ana yerindəcə dünyasını dəyişib, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır”.
 

Xatırladaq ki, dünən əksər xəbər saytları Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınan hadisəni intihar kimi təqdim ediblər. 

Bi xəbərlərdə bildirilib ki, 1984-cü il təvəllüdlü Pərvanə Tarverdiyeva və qızı 2008-ci il təvəllüdlü Zeynəb Tanverdiyeva 9-cu mərtəbədən özünü atıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam