Rusiya bu sahədə rəqiblərini qabaqlayır -Patruşev
Rusiya nüvə raket silahları sahəsində tarixdə ilk dəfə rəqiblərini qabaqlayır.
Yenixeber.org xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Nüvə-raket silahlarının mövcudluğu tarixində ilk dəfə olaraq ölkəmiz bu sahədə rəqiblərini qabaqlayıb. Həmçinin, onilliklər ərzində təhlükəsizliyə zəmanət verən unikal strateji, o cümlədən hipersəs silahlarının sahibidir”, - Patruşev bildirib.