Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məhkəmə Arif Hacılının oğlu barəsində -QƏRAR VERDİ

 

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenixeber.org xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam