Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Milli Məclisdə Ermənistanın təzminat ödəməsi:Tələb edildi

 

“Bir neçə gündür, Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər. Məlum olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, onlara Qarabağdan çıx deyilib, ona görə onlar bu əraziləri tərk ediblər. Burada digər diqqət çəkən məsələ Qərb dövlətlərinin parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir”. 

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib. 

“Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur. Təzminata gəldikdə isə onu Azərbaycan yox, Ermənistan verməlidir. 10.000 km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur. Ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtlalaşdırıblar.  

Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyatı yoxdur. Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. 

Burada düşünürəm həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar. Burada təzminatı Azərbaycan yox, Ermənistan verməlidir, həm də albanların pozulmuş hüquqlarına görə”, - deputat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam