Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Üç ölkənin müdafiə naziri Azərbaycan-Türkiyə təlimlərini -İZLƏYİR

 

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilir.

Müdafiə Nazirliyindən Yenixeber.org-a verilən xəbərə görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam