Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Separatçıların rəhbərləri Paşinyanın çağırışı ilə Azərbaycana -TƏSLİM OLUB

 

Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan separatçıların təslim olmasına dair sənədi Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmə nəticəsində imzalayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “Hraparak” nəşri bildirib.
 
Qəzet yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsinin olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır. 

“Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatlar bildirir. Baş nazir həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə məlumatda qeyd edilib.

“Hraparak” onu da bildirib ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndidəki xunta başçılarına çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb. 
 
“MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir  əondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”, - xəbərdə deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam