Ceyhun Bayramovu iranlı həmkarı qarşıladı -YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfər edib.
Yenixeber.org xəbər verir ki, naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan qarşılayıb.
Ceyhun Bayramov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İrandadır.
***11:29
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir “3+3” formatında birinci nazirlər görüşündə iştirak edəcək.