Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İran Ermənistanı “3+3” formatında danışıqlara -Dəvət edib

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran tərəfindən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır. 

“Hazırda iranlı tərəfdaşlarla görüşün təfərrüatları dəqiqləşdirilir. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək”, - Kostanyan bildirib.
 
Bundan əvvəl Azərbaycan mətbuatı diplomatik mənbəyə istinadən Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin “3+3” formatında görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam