Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sülh danışıqları qarşılıqlı ittihamlar dalanında

 

Qarşı tərəf rəsmi Bakının səbrini imtahana çəkir; Azərbaycan sonsuzadək Ermənistanın masaya qayıtmasını gözləməyə bilər; politoloq: “6 aydan sonra indiki şərtlər daxilində sülh müqaviləsi imzalamaq üçün yalvarmalı olacaq”

Yenixeber.org: Azərbaycan səbir və təmkinlə Ermənistanın masaya qayıdacağını, nəhayət, böyük sülh sazişinin imzalanacağını gözləyir. Amma rəsmi Bakının səbrini sınağa çəkməyə çalışan İrəvan və onun himayədarları hələ ki, destruktiv davranışlarla növbəti gərginlik ocağını çatmağa cəhd göstərirlər.

Bir neçə gün əvvəl Beynəlxalq Böhran Qrupu hesabat yayaraq bildirib ki, Azərbaycan və Ermənistan bir-biri ilə üçüncü müharibəni başlamağa çox yaxındırlar. Heç şübhəsiz ki, bu anons təsadüfi deyil. Elə bir gün əvvəl Azərbaycan mediasında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hətta İran təxribatçılarının da iştirakı ilə toqquşmaların baş verə biləcəyi haqda xəbər ildırım sürətilə yayıldı. Məsələ burasındadır ki, Azərbaycanın sülhməramlı və normal münasibətlər qurmağa yönəlik siyasəti qarşı tərəfdən dəyərləndirilmir, revanş üçün fürsət axtarılır. Üstəlik, Ermənistanın Avropa İttifaqının “patrullarını”, Fransa jandarm qüvvələrini ölkəyə dəvət etməsi gərginliyi tətikləyən elementlərdəndir. İrəvan Qərbin hərbi qüvvələrini ayrı-ayrı adlar altında bölgəyə gətirəndən sonra istisna deyil ki, növbəti təxribatlara əl atmaq, havadarlarından birbaşa dəstək almaq niyyətindədir. Əgər belə olmasaydı, Ermənistanın baş naziri ötən ilin sonlarınadək davam edən sülh danışıqlarını “görüşdə Makron da iştirak etsin” bəhanəsi ilə pozmazdı. Avropa qüvvələrini məmnuniyyətlə dəvət edən Ermənistan hətta Rusiyanın danışıqlar təşəbbüsünü də pozmaqla Avropadakı ağalarına “ayı xidməti” göstərmiş oldu. İndi isə Ermənistanın xarici siyasət idarəsinin rəhbəri mövzuya başqa ad qoymağa cəhd edir. “Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirləri ilə 2022-ci il dekabrın 23-də Moskvada keçiriləcək görüşü ləğv olunmasa da, təxirə salınıb”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyanın xarici işlər naziri Qordan Qriç Radmanla keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan tərəfinin sülh sazişi ilə bağlı təkliflərinə Bakıdan gələn cavabla bağlı sualı cavablandıran nazir bir gün əvvəl Berlində dediklərini təkrarlayıb. Onun sözlərinə görə, danışıqlar uzun prosesdir, tərəflər cavab, şərh, təklif mübadiləsi aparır. Paralel olaraq nazirlərin görüşləri keçirilir. Erməni nazir bir daha rəsmi İrəvanın danışıqlardakı mövqeyini səsləndirib. O, ötən il dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Laçın dəhlizinin blokadaya alınmasına görə Ermənistanın iştirakını mümkün saymadıqlarını deyib. “Amma dediyim kimi, hər halda biz təklifləri verdik. Və 10-15 gün əvvəl Azərbaycandan cavab aldıq. Əslində biz müzakirələr mərhələsindəyik. Demək istəyirəm ki, danışıqlar prosesi bütövlükdə dayanmayıb. İndi təkliflərə münasibətimizi bildirəcəyik”, - deyə o qeyd edib. Nazir təklif və iradların məzmununu açıqlanmasının indiki mərhələdə yersiz hesab edib. Bununla belə, o, “bəzi məsələlərdə mövqelərin yaxınlaşdırıldığını”, “bəzilərində isə irəliləyiş olmadığını” bildirib. “Ermənistan tərəfinin prinsipial hesab etdiyi məsələlər var ki, onlar ictimaiyyətdə çox müzakirə olunub”, - deyə Mirzoyan söyləyib. “Görüşə gəlincə, biz onu ləğv etməmişik, sadəcə təxirə salmışıq. Necə deyərlər ”əlverişli anda" biz ona geri qayıdacağıq, - deyə erməni nazir qeyd edib. Görüş yerinin harda olması məsələsinə gəlincə Ararat Mirzoyan onun Moskvada və ya başqa yerdə ola biləcəyini vurğulayıb. O, görüşlərin müxtəlif şəhərlərdə keçirildiyini xatırladıb. Erməni nazirin sözlərinə görə, yer seçimi vacibdir, lakin prosesə fövqəladə əhəmiyyətli dərəcədə təsir göstərmir. “Biz Moskvada da görüşə hazırıq”, deyə Ermənistanın XİN rəhbəri yekunlaşdırıb. Qeyd edək ki, bir gün əvvəl Almaniyada olan erməni nazir deyib ki, guya Azərbaycan danışıqlar prosesinə maneçilik törədir, amma buna baxmayaraq Ermənistan sülh prosesinə sadiqdir. Azərbaycan XİN bildirib ki, xarici işlər nazirinin bu bəyanatı onu göstərir ki, İrəvan sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə, sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. “Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, - deyə XİN sözçüsü A.Hacızadə bildirib. Belə görünür ki, Ermənistan əsassız ittihamlar səsləndirməklə, sülh sazişi üzrə danışıqların bərpasından yox, uzadılmasında maraqlıdır.

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzumuz barədə danışarkən dedi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər ənənəvi yarıdiplomatik söz oyunundan başqa bir şey deyil: “İrəvanın məqsədinin prosesi uzatmaq və bu müddət ərzində Azərbaycana qarşı təzyiqlərin miqyasını genişləndirmək, daha əlverişli bir məqamda prosesin davam etdirilməsinə nail olmaq niyyəti göz önündədir. Ən yaxşı halda Ermənistan bu ilin ilk 6 ayı ərzində danışıqların baş tutmasını istəmir, yaxud hətta baş tutsa da belə, nəticəyönümlü olmasını arzulamır. Rəsmi İrəvan hazırda regionda və dünyada geosiyasi proseslərin aydın mənzərə yaratmadığı qənaətindədir”. E.Mirzəbəyli digər məqama da diqqət çəkdi: “Buna paralel olaraq, ”İran" adlanan ölkənin iyrənc rejiminin son davranışları, Rusiya-Ukrayna cəbhəsində cərəyan edən proseslərlə bağlı qeyri-müəyyənlik, Türkiyədə keçiriləcəyi gözlənilən seçkilər və vaş verən zəlzələnin doğurduğu və doğuracağı nəticələrlə bağlı gözləntilər, bölgəyə xarici qüvvələrin cəlb olunması istiqamətində edilən cəhdlərin perspektivi və təbii ki, bütün bu proseslərin içərisindən Azərbaycanın ata biləcəyi addımlar rəsmi İrəvanın danışıqlar prosesindən yayınma cəhdlərinin səbəblərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Amma hər zaman olduğu kimi, Ermənistan proseslərin öz baxış bucağından inkişaf perspektivlərini nəzərə almaqla, gələcək addımlarını müəyyənləşdirməyə çalışır. Hadisələrin inkişaf perspektində Ermənistanın ən son yerə qoyduğu amil isə şübhəsiz ki, bütün manipulyativ davranışlara və təxribatlara münasibətdə atılacaq addımlardır". Siyasi şərhçi bildirdi ki, yəni regionda baş verən hadisələr, İranın təxribatları, Türkiyədə baş verən zəlzələ əsas amili - güc faktorunu və qüvvələr nisbətini dəyişməyib: “Belə bir məqamda rəsmi İrəvanın və onun regiondakı terrorçu dəstəkçisinin istənilən təxribatı onlar üçün geriyə dönüşü olmayan bir mənzərənin ortaya çıxması ilə nəticələnə bilər. Bu aspektdən də, əslində Ermənistanın üçün ən ideal şərait, danışıqlar masasına oturaraq Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh danışıqlarını davam etdirməkdən ibarətdir. Çünki 6 aydan sonra indiki şərtlər daxilində sülh müqaviləsi imzalamaq üçün yalvarmalı olacaq”.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistanın danışıqlar prosesinə sadiq olmağa çalışması və buna dair təəssürat yaratması müşahidə olunur: “Çünki ötən il dekabr ayında ali səviyyədə görüş keçirilməli idi. Ermənistanın baş naziri Nikol Paşinyan absurd tələblərlə çıxış etdi və görüş baş tutmadı. Bununla yanaşı, 2022-ci ilin dekabrın 23-də Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisində keçən hissəsində Azərbaycanın ekofəallarının həyata keçirdiyi aksiyanı bəhanə edərək Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Moskvada keçirilən danışıqlardan imtina etdi. 2023-cü il başlayandan Ermənistan Azərbaycanı ittiham edirdi ki, rəsmi Bakı İrəvanın təkliflərinə cavab vermir. Lakin Ararat Mirzoyan son açıqlamasına dövlətimiz tərəfindən təkliflərin təqdim olunduğunu qeyd edir. Bununla yanaşı, onların konfidensial olduğunu da əlavə edir. Artıq elə bir dövrə çatmışıq ki, danışıqlar mətbuata açıqlanmır”. İ.Hüseynov qeyd etdi ki, Azərbaycanın ötən ilin əvvəlində təqdim etdiyi 5 maddəlik təkliflər paketi kifayət qədər konstruktiv xarakter daşıyır və regionun inkişafına yönəlib: “Eyni zamanda, ötən dövr ərzində bu təkliflərə yeni əlavələrin edilməsi də istisna deyil. Hər bir halda XİN rəhbərləri səviyyəsində yeni görüşün keçirilməsi artıq bir zərurətə çevrilib. Çox güman ki, Moskvada baş tutacaq görüşdə həm də ali səviyyədə keçiriləcək görüşə hazırlıq da müzakirə oluna bilər”.

Azərbaycan artıq Ermənistana ciddi təzyiqlər etməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil və müharibədən iki ildən artıq vaxt keçsə də, prosesi uzadır: “Çünki irəli sürülən şərtlərin reallaşmasını qəbul etmir. Məhz Avropa İttifaqının mülki müşahidə missiyasını dəvət etməklə, danışıqlarda maraqlı olmadığını ortaya qoydu. Ararat Mirzoyanın açıqlamaları göstərir ki, Ermənistan tərəfi manipulyasiya edir və hər dəfə Azərbaycanın sülh təkliflərinə ”cavab" verməklə manevr edir". Ekspertin sözlərinə görə, demək olar ki, Brüssel danışıqlarını Ermənistan pozdu: “Moskva danışıqlarından müsbət nəticə olmasa da, ümumiyyətlə, erməni tərəfi danışıqlara qatılmadı. Vaşinqton çalışır ki, Tiflisdə bir görüş olsun. Yeni bir danışıqlar platforması yaradılsın. Amma Nikol Paşinyan belə bir görüşdən də yayınır. Görünür, Paşinyan konstitusiya referendumu keçirib, bundan sonra danışıqlara praktiki olaraq getməyi planlaşdırır. Amma biz Ermənistanın təxribatlarına da hazır olmalıyıq. Çünki danışıqlarda ”üstünlük" əldə etmək üçün təxribatlara gedə bilər. Bir sözlə yaxın altı ayda Ermənistanla sülh danışıqlarında müsbət irəliləyişlər gözlənilmir".

Beləcə, qeyd etdiyimiz kimi, qarşı tərəf rəsmi Bakının səbrini imtahana çəkir. Amma Azərbaycan sonsuzadək Ermənistanın masaya qayıtmasını gözləməyə bilər. Bunu ötən aylarda dövlət başçımız da açıq şəkildə bəyan edib... Zaman Ermənistanın ziyanına işləyir! “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam