19 min rus əsgəri Ukrayna sərhədinə toplaşdı
Rusiya Bryansk, Kursk və Belqorod vilayətləri ərazilərindən Ukraynaya qarşı açıq silahlı hücumunu davam etdirir. Tapşırıqları yerinə yetirmək üçün Rusiya Federasiyası təxminən 19 min nəfərdən ibarət bir qrup qoşun yeridib.
"Yenixeber.org xəbər verir ki, bu barədə Ukraynanın “Şimal” əməliyyat-strateji qoşun qrupunun komandanı, general-leytenant Serxii Nayev məlumat yayıb.
O qeyd edib ki, Şimal əməliyyat zonasının hərbi qruplaşmalarının qüvvə və vasitələri təyin olunmuş ərazilərdə sabitləşdirmə əməliyyatını davam etdirir, burada vəziyyət sabit və nəzarət altındadır. Lakin Rusiyanın Çerniqov və Sumı vilayətlərinin dövlət sərhədində təxribat və kəşfiyyat qruplarından istifadə edən düşmən təhlükəsi hələ də qalmaqdadır.