İsrail BMT-yə sübut göndərib
İsrail BMT Təhlükəsizlik Şurasının bu gün keçirilməsi planlaşdırılan iclasının iştirakçılarına xəstəxanaya hücumda iştirak etmədiyini sübut edən məlumatlar, o cümlədən müxtəlif videolar təqdim edib.
Yenixeber.org: Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.
“Biz oraya müxtəlif videomateriallar göndərdik ki, Təhlükəsizlik Şurasının iclası zamanı onların da qarşısında bu məlumatlar olsun”, - səfir bildirib.
Qeyd edək ki, bu gün bakı vaxtı ilə 18:00-da BMT TŞ-nin Qəzza ilə bağlı fövqəladə toplantısı gözlənilir.