Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ

 

“Əhəd Abiyev örüş yerlərimizi sataraq, bir sərəncamı iki adama verib, araya qarşıdurma salaraq bizim kənddən çıxıb getməyimizi istəyir”
“Yüz faiz əmin olun, bu işə cənab Prezident bir əncam çəkəcək, tədbir görəcək... Dəmir yumruq təkcə ermənilər üçün deyil, həm də rüşvətxor məmurlar üçündür”
Kənd sakinləri: “Cənab Prezident, artıq bıçaq boğaza dirənib, Əhəd Abiyev bura başçı gələndən yaylaq əraziləri çobanlara pulla satmaqla məşğuldur...”
Yenixeber.org: ...Daşkəsənin Xoşbulaq kəndində vəziyyət həqiqətın dı “rusca”dır, kənd əhalisi İcra Başçısı Əhəd Abiyevə qarşı ən sərt etiraza əl atmaqdalır. Belə ki, ötən həftə “Təzadlar”a zəng vuraraq əməkdaşlarımızın rayona ezam olunmasını xahiş etdilər. Məlum oldu ki, onlar neçə dəfədir rayondan Bakıya gəliblər, Prezident Administrasiyasında olublar, Heydər Əliyev Fonduna gediblər, konkret faktlarla icra başçısının hərəkətlərindən şikayətlər ediblər, amma təsirli tədbirlər hələ də görülmür: “Düşünürük ki, şikayətimiz cənab Prezident İlham Əliyevə çatdırılmır. Odur ki, obyektivlinizə inanaraq əməkdaşlarınızın rayona gələrək bizi dinləməsini xahiş edirik. Bəlkə ölkə rəhbərliyi Daşkəsəndə baş verənlərdən mətbuat vasitəsilə xəbər tuta, biz kənd sakinlərinin problemləri həllini tapa. Artıq vəziyyətimiz dözülməzdir, rayonda şikayətimizə baxan, problemimizi həll edən yoxdur...”.
Beləliklə, bir neçə yüz sakin adından Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlı yazılan müraciətdə İcra başçısı Əhəd Abiyevin müxtəlif vaxtlarda ayrı-ayrı konkret şəxslərdən 10- 15 min manat pul alaraq onlara torpaq sahələri, kimininsə oğlunu polisdə işə düzəltdirmək adı ilə əlavə külli miqdarda pul alması və s. barədə konkret faktlar öz əksini tapıb.
Surəti redaksiyamıza göndərilən müraciəti imzalayanların bəziləri ilə, o cümlədən Məmmədzadə Sahib Mürvət oğlu, Birinci Qarabağ müharibəsinin qazisi, “Rembo” təxəllüslü Babayev Mehman Telman oğlu, Fərzəliyeva Bəsti Dəmir qızı, Qurbanov Yusif Əmir öğlu, 2-ci Qarabağ müharibəsi döyüşçüsü, şəhid qardaşı Bağırov Ruzi Rasim oğlu, Zəfər döyüşlərində qəhrəmancasına şəhid olmuş Mübariz İbrahimovun qardaşı İbrahimov Bəhruz Telman oğlu və digərləri ilə telefon əlaqəsi saxladıq. Onlar israrla əməkdaşlarımızı Daşkəsənin Xoçbulaq kəndinə şikayəti yerində araşdırmağa dəvət etdilər...
***
...Biz reportyorlarımızla birlikdə aprelin 24-də Daşkəsənin Xoşbulaq kənddə olduq. Sakinlərlə hər ilin yayında mübahisə və qarşıdurmalara meydan edilmiş Xoşbulağın yaylaq ərazisində görüşdük, onları dinlədik. Video müsahibələrini aldıq... Həmin müsahibələr qəzetin rəsmi saytında yerləşdirilmişdir.
Aidiyyəti qurum rəhbərlərinin və oxucuların həmin vidomüsahibələrdəki çıxışlara baxıb nəticə çıxarmasını onların ixtiyarına buraxırıq:
-Sahib bəy, Sizin və burada yığışan insanların ölkə rəhbərliyinə və redaksiyamıza müraciəti ilə bura gəlmişik. Nədir sizin problem? Zəhmət olmasa, özünüzü təqdim edin...
-Məmmədzadə Sahib Mürvət oğlu, Daşkəsən rayonunun Xoşbulaq kənd sakini Məmmədzadə Sahib Mürvət oğlu. Vəziyyətimiz kritikdir, dərdimizi dinləyən yoxdur. Dinləyəndə isə bizi borclu çıxarırlar... Burada qış mövsümü olanda elə bir vəziyyət yaranır ki, biz artıq buradan deportasiya olunuruq. Yəni, qışda burada havalar çox sərt keçir, yaşamağa şərait olmur. Demək olar hamı başqa aran ərazilərə köçür, bir də yaz qabağı qayıdırıq. Qayıdıb gələndə isə arayış vermək adı ilə bizi soyurlar. Çünki yaz gələndə insanlar qayıdır bura. Başlayır yerli məmurlar arayış verməyə ki, sənin 50 qoyunun var, sənin yüz və s. Yəni, pul ver, sənin heyvanının sayını artıq yazım. Təsəvvür edin, əgər bunlara pul verməsək bizi kəndimizə buraxmırlar. Görünüb ki, İcra hakimiyyətinin işçiləri İcra Hakimiyyətindəki iş yerində oturar. Yaz gəldimi, bunların hamısı dağlarda, dərələrdə qurduqları postlardadır. Sanki sərhədi keçirik. İcra hakimiyyətinin hər gün bir işçisi həmin postdadır, gəlib heyvanını yaylaq ərazisinə otarmağa gətirəndən pul yığmaqla məşğuldurlar. Baxın əlimdəki bu sərəncam məsələsinə: bu sərəncamları bizə konfet kağızı kimi paylayırlar. Səndən pul alıb sərəncam verirlər ki, get, yaylaqdakı filan ərazidəki bu qədər hektar ərazi sənindir, qoyunlarını otar. Bir başqası gəlib səndən artıq pul verirsə, sənin sərəncamın dönüb olur kanfet kağızı, həmin yer satılır başqasına...
-Bu sərəncamı kim verib?
- Sərəncamı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev verib. Bu da onun möhürü, imzası... 2014-cü ildə Əhəd Abiyevdən bizə təklif olundu ki, yay otlaq sahəsini biz kənd sakinlərinə örüş yeri kimi verilməsi üçün 15 min manat pul yığılmalıdır. 15 min manatı məcbur olub yığıb verdik, bizə sərəncam verildi. Amma Əhəd Abiyev Laçın rayonundan olan, digər pullu fermerləri göndərdi ora. Qarşıdurma yarandı. Biz deyirik ki, budur, sərəncam bizə verilib, onlar isə deyir ki, buyurun, bura aid sərəncam bizə verilib. Biz həmin məsələ ilə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazdıq, gəldilər... Və gəldikləri kimi də getdilər, heç bir nəticə olmadı. Əksinə, bizə təzyiqlər artdı. Təzədən 2019-cu ildə biz gördük ki, Əhəd Abiyev bizi yaşamağa qoymur, getdik Bakıya, cənab Prezidentin qəbuluna. Bizi orda yüksək çinli məmurlar qəbul etdi. Sonra Mehriban xanım Əliyevanın qəbuluna getdik.
Orda da bizi yüksək rütbəli məmurlar qəbul etdi. Nəhayət, Əhəd Abiyevə göstəriş verildi ki, camaatın canın boğazına yığma... Məcbur olub bu sərəncamı bizə verdi. Bu, artıq ikinci sərəncamdır. Əvvəl 15 min vermişdik... Bu dəfə isə məcburən adambaşı 200 manatdan yığıb verdik. Bax buraya toplaşan sakinlərin hamısı o pulu verib, şahiddirlər. Bütün kənddən pul yığıldı...
-Bu da pullu sərəncamdır?
-Bəli...
-Nə qədər pul yığdınız?
-Hesablayın də, 200 manatdan bütün kənd sakinləri... Təxminən 650 nəfər sakin var, topladıq, təxminən 20 min manat pul verdik Əhəd Abiyevə. Yaxşı, bunları Prezident Aparatında bilmirlər? Görmürlər ki, Əhəd Abiyev nə işlə məşğuldur??? Bu qədər insan, hansı ki, bütün kənd bura gələ bilərdi, amma dedik, bu qədər say hələlik bəsdir, yalanmı danışır? Təsəvvür edirsinizmi, Əhəd Abiyev yenə də bu sərəncamın üstündən torpaq alverçilərindən artıq pul alıb onlara sərəncam verib torpağı satdı. Əsl teatrdır! Bundan başqa, kəndə İcra nümayəndəsi qoyublar. Biz görmüşük ki, kəndin icra nümayəndəsi kənddən olar. O mənada ki, sakinləri tanısın, kəndin coğrafiyasını bilsin.
-Kimdir, adı nədir?
-Vallah tanımırıq. Deyirlər ki, Yunis adında bir adamdır. Hacıkənddən tapıb gətirib bura icra nümayəndəsi qoyublar. Aydın şəkildə görünür ki, məqsəd nədir. Bu vəzifəni tutmaq üçün ötən ilin mayın 2-dən noyabr ayının 22-dək 4 dəfə hərrac keçirilib. Adam “tapılmayıb”, Hacıkənddən onu gətirib qoyublar. Məgər bu kənddə ali təhsilli bir adammı yox idi? Yunis müəllimin işi indi nədir: bu kənddə hamı qoyun-quzu, mal saxlamaqla ailəsini dolandırır. Yunis müəllim də deyir ki, sənin qoyunun bu qədər yox, o qədərdir, arayış vermirəm.
-Arayışı nəyə görə verir?
-Bu yaylaq ərazilərində otarıb məmurlar üçün ət istehsal edilməsi üçün... Arayış üçün də 70, 80 manatdan pul alır. Deyir ki, İcra hakimiyyətindən tələb edirlər. DTX niyə bunları bilmir? Axı Daşkəsəndə DTX-nin yerli şöbəsi var, onların agenturası iş görməlidir. Yunis açıq şəkildə deyir ki, 17 min manat verib gəlmişəm, pulumu düzəltməliyəm. Bunu yüksək vəzifəli məmurlar gəlib araşdırmalıdır. Bizim 20 km-lik su xəttimizi də kəsib satıblar. Kəndin yeganə su xətti idi. Bunu da araşdırmalıdırlar ki, kim edib? Yay olanda suzuz qalırıq. Öz vəsaitimizlə alınmış borular idi.
-Dediniz ki, hər bir arayış, sərəncam və s. üçün sizdən pul yığırlar. Siz həmin pul, yəni rüşvət yığan məmurlara deyə bilmirsiniz ki, axı cənab Prezident dəfələrlə deyib ki, biz korrupsiya və rüşvətin kökünü kəsəcəyik. Prezidentin xəbərdarlığı var, dəfələrlə belə məmurların, icra başçılarının həbsinə qərar verib... Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır, ay məmurlar, siz isə bu dağ kəndində sakinlərin dərisini soyur, pul yığırsınız... bunu onlara deyirsinizmi?
- Pul verməsək, onlara bu sözləri deyəndə bizi daha pis günə salırlar. Prezident Aparatına şikayət edirik, qəbula gedirik, bunları deyirik, gəlib neyləyirlər, özünüz nəticə çıxarın... On dəfə gedib gəlirik, axırda bezib rüşvət veririk. Rayonun hüquq mühafizə idarələri var. Görmürlər, bilmirlər? Bax o Qoşqar dağının ətəklərinə kimi, qarın altınadək torpaqlarımızı satıblar (Əli ilə göstərir, videoda əks olunub.RED.). Bu biri ərazi isə bələdiyyə fondudur. Həmin ərazilər kənd sakinlərinə məxsus olduğu halda, İcra Hakimiyyəti oranı Tehran adlı Laçın sakininə 1 il üçün 6500 manatdan hər il satır. Biz sakinlər isə Bakıya gedib torpaq davası döyürük. Belə zülm olar? Bizim yaşayışımız üçün bütün imkanlar məhdudlaşdırılıb. Sonuncu Vətən müharibəsi vaxtı biz kənd sakinləri cənab Prezidentin əsgəri kimi səfərbər olmuşuq. Bir Əhəd Abiyevin başının dəstəsindən başqa. Qoy yoxlanılsın, bax bu Bağırov Ruzi (şəhid qardaşıdır.Red.) ayın 22-də müharibəyə getdi, onunla bərabər İcra Hakimiyyətinin 4 işçisi də var idi. Onların hər biri çağırışçı idi, amma getmədilər. 1000 manatdan pullarını verib aradan çıxdılar... Biz Prezidentin ətrafında bir olmalıyıq. Daşkəsən rayonunda isə bu yoxdur. Çünki pozurlar, Əhəd Abiyevin bütün əməlləri buna hesablanıb. Cənab Prezident deyib ki, problemlərdən mənə yazın. Biz də yazırıq... İndi də məni həbs etdirməklə hədələyirlər. Deyirlər səni Prokurorluğa verəcəyik. Yalandan zəng vururlar ki, prokuror çağırır. Gedirəm prokurorun qəbuluna ki, məni çağırmısınız? Prokuror deyir ki, yox... Əhəd Abiyev belə işlərlə məşğuldur, yalnız qarşıdurma yaratsın. Şəxsən mən könüllü olaraq ərizə vermişdim ki, məni də müharibəyə aparın. Lakin aparmayıblar, zərurət olmayıb, deyiblər, gözlə, çağıracayıq. Həmin dövrdə isə döyüşçülərə nə lazımdır ərzaq və s. köməyimizi etmişik. Müharibədən qaçanlar, yəni həmin o 15 min manat pulumuzu alanlar isə indi bizi hədələyirlər ki, susun...
-Cənab Prezidentə müraciətinizlə nəyi xahiş edirsiniz?
- Əhəd Abiyev konkret olaraq rüşvət yığmaqla məşğuldur. Cənab Prezident, xahiş edirik, bıçaq boğaza dirənib, DTX-nın nümayəndələrini göndərin Daşkəsəndə nə baş verdiyini görsünlər. Bizi Əhəd Abiyevin zülmündən qoruyun, xilas edin, yaşaya bilmirik. Əhəd Abiyevin başının dəstəsi torpaq alverçiləridir, yaylaqları biz çobanlara, fermerlərə, kənd sakinlərinə rüşvətlə satır, talançılıqla məşğuldur...
Bağırov Ruzi Rasim oğlu:
-Biz kənd sakinləri dəfələrlə yuxarılara şikayət yazmışıq ki, icra başçısı Əhəd Abiyev rayonda yalnız yaylaq torpaqlarını satmaqla məşğuldur, biz kənddən köçüb getməyə məcburuq. Əksinə, tədbir görmək əvəzinə, bizə təzyiq göstərilib. Heç bir tədbir görülməyib. Mən özüm müharibə iştirakçısıyam, qardaşım şəhid olub. Haqqımızı tələb etdiyimə görə, Əhəd Abiyev mənə 5 sutka həbs verdirib. Əlavə olaraq atamı, əmimi, qardaşımı, ailəmizi təhdid edir, bizi cərimələtdirib. Yaxşı, biz qul olmalıyıq, haqqımızı deməməliyik? Biz torpaq uğrunda döyüşürük, şəhid oluruq, indi bizi bu torpaqda yaşamağa qoymurlar. Sizin yaratdığınız bu imkandan istifadə edərək Baş Prokurorluqdan, DTK-dan xahiş edirəm, Əhəd Abiyevin bu qanunsuzluqlarının qarşısı alınsın. Həqiqətən də dolana bilmirik. Axı dövlətdən kömək yox, məmurların qanunsuz hərəkətinin qarşısının alınmasını xahiş edirik. Başqa nə istəyirik?
Xoşbulaq kənd sakinləri adından cənab Prezidentdən xahiş edirik, Daşkəsən rayonunda baş verən qanunsuzluqlara qarşı ciddi tədbirlər görülsün. Biz bu məmurların öhdəsindən gələ bilmirik, çox çətin vəziyyətdə yaşayırıq. Təsəvvür edin, torpaq uğrunda şəhid olanların ailəsinə, döyüşənlərə bu torpaqdan istifadə etməyə imkan vermirlər. Yer əkməyə, ot biçməyə qoymurlar. Heyvan saxlamağa qoymurlar, qalmışıq çıxılmaz vəziyyətdə. Bu məsələlərlə bağlı 3 dəfə Bakıya getmişik, nəticə yoxdur, tədbir görülmür... Şikayət edirik, adımıza təxribatçı damğası vururlar...
Babayev Mehman Telman oğlu:
-Sağ olun ki, əziyyət çəkib bizi dinləməyə gəldiniz. Bura yığışanlar indiyədək döyüşdə olmuşlardır.
-Cənab Prezidentin əsgərləridirlər...
-Bəli, yəqin məni də tanıyarsız, ermənilərin qənimi, “Rembo” təxəllüslü Mehman Babayev... mən bundan sonra da ermənilərin qənimi olaraq qalıram. Çox qəribədir, biz ermənilərlə müharibədə torpaqlarımızı işğaldan azad etmişik, qorumuşuq. Azərbaycanın ərazi bütövlüyünü təmin etmişik. Amma indi müharibədə gözə dəyməyən bu məmurlar qoruduğumuz bu torpaqları bizə satmaqla məşğuldurlar. O vaxt İsgəndər Həmidovun vaxtında Rasim var idi, onu burdan mən qovmuşam... İndi gəlirəm bura, doğulduğum torpağın satılmasının qarşısını almaq uğrunda mübarizəyə. Buradan birbaşa cənab Prezidentə müraciət edirəm: bu məmurların qanunsuz əməllərinə son qoyulmalıdır! Qoy bu bəd əməlli məmurlar bizi məcbur etməsinlər ki, onları buradan kürüyüb körpüdən o tərəfə tökək. Onlar cənab Prezidentin siyasətinə qarşı çıxırlar. Amma bizə bunlar lazım deyil. Bizə xalqın qədrini bilən, intellektual, savadlı, Prezidentə sadiq məmurlar lazımdır. Bizə o vaxt “Qara cavnavarlar” deyirdilər. Ermənilər adımızı eşidəndə qaçıb ilim-ilim itirdilər. Döyüşə girəndə boş torpaqlara gedib çıxırdıq, çünki ermənilər qorxudan qaçıb canlarını qurtarırdılar. Bu gördüyünüz, indi Əhəd Abiyevin çörəyə möhtac etdiyi insanlar birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Biz bunların sayəsində dəstəmizi Laçında yerləşdirmək istəyirdik, amma imkan vermədilər, deyirdilər ki, ermənilərə əzab verməyin, öldürməyin... İndi həmin niyyətli bəzi adamlar mələk cildində olanlardır. Xahiş edirəm, cənab Prezident, bu məsələ ilə özünüz şəxsən maraqlanıb tədbir görülməsini tapşırın. Bu torpaqlarda əkiləcək dənli bitkilər Azərbaycan ordusunun bütün əsgərlərinə bəs edər. Amma bu məmurlar qoymur. Təkrar edirəm, bizim bu Xoşbulağa, Daşkəsənə bu məmurlar ilişməsinlər, biz camaatı dinc buraxsınlar. Bizə toxunmasınlar, biz öz zəhmətimizlə dolanacağıq. Bizdə döyüşlərdə Kəlbəcərdə yaralananlar, şəhid olanlar var. Onların qapısını bu məmurlardan kimsə tanımır. Sual verirəm: şəhid Orucov Samir! Tanıyırlar, yox! Və digərlərinin qəbirlərinin yerini də tanımırlar. Halbuki onların qəbirlərindən öpməlidirlər, baş əyməlidirlər. Burda adam qalmayıb, çünki torpaqlarını və örüş yerlərini satıblar. Bu adamlar gedib Bərdədən ot bağı alıb heyvanına verirlər- 5 manata, 6 və ya 7 manata. Təsəvvür edirsinizmi, Daşkəsənin otlağı ola-ola görün bu insanlar Bərdədən ot alıb gətirir verir heyvanlarına. Belə olarmı???
-Bəs icra başçısı bu məsələlərlə maraqlanmır?
-O kimdir? Siz onun özündən soruşun də. Qadan alım, işi-gücü pul yığmaq olan adam bu xalqa dəstək ola bilər?
- Tağıyev Zeynalİslam oğlu:
-Bizim torpaqlarımızı hərraca qoyublar. Bizə imkan vermirlər ki, bu insanlar ailəsini dolandırsınlar. Ot biçməyə qoymur, kartof əkməyə qoymur. Biz kənd sakini bura gələ bilmərik. Niyə? Satırlar pullu adamlara. Kim pul vermirsə, yeri də yoxdur. Bu rəhbərlərin işi budur. Prezident bu kəndin yolu üçün pul ayırdı. Yollarımız pis, işığımız yox... Şəhidlər Xiyabanının yanında bu adam restoran tikdirir, kef eləmək üçün...
-Kim tikdirir?
-Əhəd Abiyev... Otel tikdirir. Yəni, orda şəhid anası ağlayanda o da orada musiqi çaldırıb kef eləsin, eləmi? Cənab Prezidentdən xahişimiz budur ki, tədbir görülsün. Ölkədə parçalanma yaratmaq istəyən bəd qüvvələrin qarşısı alınmalıdır. Bu ən pis şeydir. Amma bu məmurlar istəyir ki, qarşıdurma yaransın, bu insanlar cənab Prezidentdən narazı qalsın. Kim qarantiya verə bilər ki, müharibə bununla bitdi. Ola bilər ki, bir müddət sonra yenidən olsun. Əhəd Abiyev istəyir ki, bu qara camaat da düşünsün ki, yaxşı, müharibəyə gedib bu torpağı qoruyuram, şəhid oluram, qaydanda isə bu torpaqda mənə yer yoxdur! Məmurlarımızın istəyi və fəaliyyəti budur. Xahişimiz budur ki, bu qara camaatın qeydinə qalsınlar...
-Fərzəliyeva Bəsti:
-Mən də bu kəndin sakiniyəm. Gah Əgəd Abiyev, gah da Tahir müəllim torpaqlarımızı hər il ona-buna satır... Yaxşı, bizim uşaqları müharibəyə apartdırırlar, bu torpaqları qorudurlar, sonra isə bu torpaqda bu insanlara yaşamağa imkan vermirlər. Əhəd Abiyev bizi qapı-qapı diləndirir. Mən işləmirəm, çörək almağa pulum yoxdur. Bəs nə ilə dolanmalıyam. Torpağı sən satırsan və pul qazanırsansa, bəs niyə sənin oğlun torpaq uğrunda döyüşməyib?
-İcra başçısının vəzifəsidir, qapı-qapı gəzib sizin sosial problemlərlə maraqlanıbmı heç?
-Tanımırıq... Kabinetdə oturur, özü üçün pul qazanır. Yardımları satdırır, özü yeyir. Biz bu torpaqdan dolanırıq. Torpağı da kim pul verir satır ona-buna. Rayondan çıxıb gedəkmi harasa? Niyə çörəyə möhtac qalmalıyıq? İki uşağım var, ikisi də müharibədə döyüşüb, biri indi də hərbidədir. Nətəhər olur ki, mənə torpaq olmaz, amma Əhəd Abiyev sata bilər.
-Cənab Prezidentə müraciət yazmısınız. Xahişiniz nədir?
-Xahişimiz budur ki, bu dədə-baba torpağımızda heyvan-qara saxlayıb dolanmağımıza imkan versinlər... Dələduzlar da həbs edilsin...
Mehman Babayev:
-Bəsti ana, Siz hamımızın anasınız... Cənab Prezidentimiz Ulu Öndərin oğludur, Zərifə anamızın övladıdır, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Təbii ki, cənab Prezidentin bu məmurların əməllərindən xəbəri yoxdur. Görürsünüz, xəbər tutan kimi həbs etdirir, cəzalandırır. İnşallah bunlar da baş verər. Yüz faiz əmin olun, bu işə cənab Prezident bir əncam çəkəcək, tədbir görəcək... Dəmir yumruq təkcə ermənilər üçün deyil, həm də rüşvətxor məmurlar üçündür. Biz cənab Prezidentin əsgərləriyik... Təsəvvür edin, bu kənddə gün-güzəran yoxdur. Qışda hamı köçüb gedir. Bu qış bura gələndə cəmi 3 nəfərə rast gəldim. Amma baxın, yazda insanlar gəlirlər öz evlərinə. Amma onları 200, 500, 1000 manatlıq işıq, qaz pulu qarşılayır. Təsəvvür edirsinizmi nə baş verir... Bunların qarşısı alınmalıdır. Amma təəssüflər olsun ki, Əhəd Abiyev bu insanları məcbur edir ki, Bakıya yazsınlar, şikayətə getsinlər, qarşıdurma yaransın. Niyə, məqsədi nədir? Yaşasın ordumuz, Ali Baş Komandamız İlham Əliyev, yaşasın Azərbaycanımız!!!
(“Təzadlar”)
Bakı-Daşkəsən-Xoşbulaq-Bakı
(Videolar tezadlar.az saytında)


XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ

























XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ
XOŞBULAQ SAKİNLƏRİ ƏHƏD ABİYEVƏ ÜSYAN ETDİ-FOTO-VİDEOLAR-YENİLƏNDİ



































































































































































VİDEOLAR AŞAĞIDAKI MAVİ RƏNGLİ LİNKDƏ:



My Webpage-VİDEO-1

My Webpage-VİDEO-2

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam