Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Azərbaycanla buna hazıram -Berdiməhəmmədov

 

Türkmənistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və onu daha yüksək səviyyəyə qaldırmağa hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 18 oktyabr Müstəqilliyin Bərpası Günü Münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində bildirib.

“Azərbaycan Respublikası sosial-iqtisadi sahədə yeni zirvələrə yüksəlməklə yanaşı, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində də inamla irəliləyir. Biz Türkmənistan və Azərbaycan Respublikası arasındakı qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Sizinlə birlikdə Türkmənistan-Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da səy göstərməyə hazır olduğumu bildirirəm”, - Berdiməhəmmədov bildirib.

Məktubun mətni rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam