ABŞ İsrailə görə bu ölkələrlə danışıqlar aparıb -RƏSMİ AÇIQLAMA
ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün İran, Qətər və Pekinlə danışıqlar aparıb.
Yenixeber.org: Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.
“Bizim İranla şəxsi əlaqə vasitələrimiz var və biz bu yaxınlarda açıq şəkildə dediklərimizi aydınlaşdırmaq üçün bu vasitələrdən istifadə etdik”, - o qeyd edib.
Sallivan vurğulayıb ki, ABŞ İranın Fələstin-İsrail münaqişəsinə müdaxilə ehtimalını istisna etmir.
Bundan əvvəl "Bloomberg" yazıb ki, ABŞ səlahiyyətliləri həm Tehranın birbaşa müdaxiləsi ehtimalını, həm də Livan Hizbullahı vasitəsilə dolayı iştirakını izləyir.
Tehran Fələstin-İsrail münaqişəsinə müdaxilə etməyi planlaşdırmadığını bildirib.