Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HƏMAS-ın bizim bölgəni də qarışdırmaq planı -ŞOK DETALLAR

Politoloq: “Qruplaşmanın liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir”

Yenixeber.org: Respublikaçı senator Lindsey Qraham hesab edir ki, ABŞ İranın neft emalı zavodlarını vurmalıdır. Siyasətçinin fikrincə, yalnız Vaşinqtonun bu cür cavab tədbirləri İsrailə qarşı təcavüzə son qoya bilər.

Senator HƏMAS silahlılarının İsrail ərazisinə hücumunda İranın əli olduğuna inandığını yazıb: “Hamı HƏMAS-ın İsrailə vəhşicəsinə hücumunda İranın payı olduğunu düşünməkdə haqlıdır”.

 “Əminəm ki, fələstinlilər "Əqsa tufanı" əməliyyatı nəticəsində qalib gələcəklər. Bunu isə İran prezidenti İbrahim Rəisi deyib. Rəisi bildirib ki, İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir: “Sionist rejim və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdid etməkdə məsuliyyət daşıyırlar və buna görə cavab verməlidirlər”.

“HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir. HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasını və İranın işin içində daha fəal müdaxiləsində maraqlı olub. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir”, - deyə politoloq Elxan Şahinoğlu bildirib.

ABŞ dövlət katibi Entoni Blinkenin “Vaşinqton İsrailə hücumun arxasında İranın dayandığını təsdiq edə bilmir” bəyanatı isə ciddi tənqidə məruz qalıb.

Hesab edilir ki, Bayden hakimiyyətə gəldikdən sonra Tehranla “siyasi alver” edib və indi hücumun arxasında Tehranın dayandığını etiraf etməsi Ağ Ev administrasiyası üçün həddən artıq suallar yarada bilərdi. Məlumatların təhlili birbaşa göstərir ki, SEPAH qüvvələri İsrailə hücumda birbaşa iştirak edib. Bunun birbaşa və dolayı sübutları çoxdur. Belə ki, bir israillinin qaçırılması ilə bağlı videolardan birində terrorçular farsca danışırlar.

Belə görünür ki, ABŞ indilikdə İranı İsrailə hücum planından kənarda saxlamaqda maraqlıdır.

Əsl səbəb nədir, Vaşinqton İsraili İranla təkbaşına savaşa soxarmı? Bunun region üçün hansı mənfi təsirləri ola bilər?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov qeyd etdi ki, bütün müharibələrin kökündə iqtisadi maraqlar dayanır: “Fələstin-İsrail müharibəsi bəzi məqamlarda dini motivlərlə izah edilsə də, əslində iki tərəf arasında torpaqların və maddi nemətlərin ədalətli bölgüsünün olmaması səbəbindən on illər boyu gedən və həlli tapılmayan bir münaqişədir. On illərdir ki, bu münaqişə zaman-zaman qızışıb  pik həddə çatır və sonradan bir müddət üçün sakitləşir. Lakin potensial müharibə ocağı sönmür ki sönmür. Çünki bu bölgədə iki dövlətin yaradılması söhbəti ortaya çıxarkən, Fələstin tərəfin maraqları təmin olunmayıb.

İndiyə qədər kiçik xalqlar arasında baş verən toqquşmaların həlli təcrübəsi göstərir ki, belə münaqişələr bir qayda olaraq həll olunmur və ya ən yaxşı halda yarımçıq həll edilir. Yəni kiçik xalqlar arasında baş verən belə münaqişələrdə vasitəçilik edən nəhəng dövlətlər münaqişənin tam söndürülməsində maraqlı olmurlar. Əksinə, imkan yarandıqca müxtəlif yollarla onu körükləyirlər. Böyük güclər tərəfindən xalqlar arasında salınmış münaqişələrin ən yaxşı həlli yolu, onlar arasında düşmənçiliyin hansı səviyyəyə çatmasından asılı olmayaraq, ikilikdə, soyuq başla, danışıqlar masasına oturmaqdan keçir. Fələstin-İsrail münaqişəsində maraqlı olan güclər bu münaqişənin sönməsini heç vaxt istəməyiblər. Əslində on illərdir ki, Amerika və İran Fələstin və İsrail vasitəsilə vuruşub, bu regionda öz maraqlarını qorumağa çalışırlar. Belə münaqişələrdə itirən birbaşa vuruşanlar, qazanan isə onları qızışdıranlar olur. Baxın, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya ilə Fransa, Fələstin İsrail münaqişəsində Amerika Birləşmiş Ştatları və ya AB ölkələri nə itiriblər? Heç nə! Qazancları isə hər iki tərəfə silah satmaq və regionda digər maraqlarını reallaşdırmaq olub.

HƏMAS-ın İsrailə hücumu ilə başlayan son hadisələr artıq həm İranı, həm də ABŞ-ı meydanda üz-üzə qoya biləcək qədər ciddi olaylardır. Bəs onlar nəhayət, üz-üzə gələcəklərmi? İsrail artıq illərdir ABŞ və AB-ni İranın nüvə silahına sahiblənməyə yaxın olması təhlükəsi ilə xəbərdarlıq edib, bu ölkəyə hərbi müdaxilə olunmasını israr edir. Birləşmiş Ştatlar da, Avropa Birliyi də İsrailin bu çağırışlarına cavab vermək istəmirlər. Çünki hər iki tərəf dolayı yolla İranla öz maraqlarını reallaşdırmaqdadır. Sual olunur: ciddi sanksiyalar altında olan İranın Rusiyaya satdığı dronların istehsalında Qərb texnologiyasından necə istifadə oluna bilərdi? Başqa bir sual: İran neftinin satışına embarqo qoyulduğu halda, Qərb İranın hər il bu qədər neft satıb böyük valyuta gəlirləri əldə etməsinə necə göz yumur? Axı İran bu pullarla öz hərbi gücünü durmadan artırır və ən müasir silahlara sahiblənir. Suallar çoxdur. Gerçək olan isə budur ki, dövlətlər dost olmurlar, ən yaxşı halda dövlətlər qarşılıqlı maraqlar müstəvisində tərəfdaş ola bilirlər".

AMİP Mərkəzi Aparatının rəhbəri, politoloq Rəşad Bayramov bildirdi ki, HƏMAS-ın İsrailə hücumunun arxasında İranın da əli olduğunu düşünmək üçün kifayət qədər əsaslar var: “İran yaxşı görürdü ki, İsrail artıq uzun müddətdir ki, İrana müdaxilə üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində aktiv şəkildə iş aparır. Eyni şəkildə onu da görürdü ki, İsrail ərəb dünyası ilə problemlərin həlli istiqamətində konkret addımlar atır. Odur ki, İran üçün HƏMAS-ın hücumu birincisi İsraili öz evində müharibəyə cəlb etmək üçün, ikincisi isə İsrailin ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirmək üçün əla fürsət oldu.

ABŞ tərəfindən hazırlanıb region dövlətinə təqdim olunan “İbrahim oğulları sözləşməsi” layihəsi çərçivəsində İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşması prosesi getdiyi bir vaxtda, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb ölkələri ilə İsrail arasında hətta əməkdaşlıq barədə sazişlərin imzalandığı, diplomatik əlaqələrin bərpa olunduğu bir vaxtda vəziyyətin bu şəkildə kəskinləşdirilməsi sözsüz ki, İsrail-Ərəb yaxınlaşmasında qırılma nöqtəsi olacaq və Yaxın Şərqdəki gərginliyi qalıcı hala gətirəcək.

Gərgin münasibətlər eyni şəkildə İrana qarşı mümkün cəbhənin qurulmasında İsrailə problemlər yarada, o cümlədən, İran-Səudiyyə münasibətlərinin normallaşması fonunda Tehrana ərəb dünyası ilə “Fələstin məsələsi” üzərindən birləşmək imkanı verə bilər.

Bütün bunları nəzərə alanda baş verənlərdə maraqlı tərəf qismində İranın olduğu açıq şəkildə ortaya çıxmış olur. Onu da nəzərə alaq ki, HƏMAS-ın maliyyələşməsi, inkişafı, silahlandırılmasının arxasında məhz İranın dayandığı da yeni məsələ deyil. Bunu nə HƏMAS, nə də İran heç bir zaman gizlətməyiblər. Amma məsələ burasındadır ki, HƏMAS hələ ki İrandan istədiyi dəstəyi ala bilməyib. HƏMAS İrandan təkcə raket, silah, maliyyə deyil, həm də aktiv müdaxilə gözləyir. 

Amma İranın İsrailə açıq müdaxilə edə biləcəyini istisna edirəm. Çünki bu indiki halda heç bir şəkildə İranın maraqlarına cavab vermir. İranın müdaxiləsi savaşın İrana sıçramasına gətirib çıxarar və nəticədə İsrailin maraqlarına xidmət edər. İsrail-İran savaşı halında isə İran təkcə İsraillə deyil, İrana müdaxilə üçün fürsət axtaran böyük güclərə qarşı da vuruşmalı olar. Üstəgəl, bu gün Fələstini müdafiə edən müsəlman ölkələrinin böyük əksəriyyətinin də İrana hücum halında tərəfsiz qalmağa üstünlük verəcəkləri şübhəsizdir. Bunu İran da yaxşı bildiyi üçün HƏMAS-a kənardan dəstək verməklə kifayətlənməli olacaq".(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam