Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Moskva və Tehran "3+3" formatını gücləndirir

İran və Rusiya xarici işlər nazirləri telefonla danışıb

Oktyabrın 10-da Rusiya tərəfin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun İran xarici işlər naziri Hüseyn Abdollahiyan ilə telefon söhbəti olub.

Yenixeber.org: RF XİN-in mətbuat xidmətinin məlumatına görə, tərəflər digər məsələlərlə yanaşı, Cənubi Qafqazda cari vəziyyəti müzakirə ediblər.

"Nazirlər Cənubi Qafqaz üçün "3+3" regional məşvərət platforması çərçivəsində birgə işin operativ şəkildə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər".

Xatırladaq ki, bu format Qərbin regionun işlərində iştirakına qarşı yönəlib və Qarabağ münaqişəsinin üç Cənubi Qafqaz ölkəsinin, habelə Türkiyə, Rusiya və İranın iştirakı ilə nizamlanmasını nəzərdə tutur.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev də bu formatın tərəfdarı olduğunu bildirib.

Bir gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da "3+3" formatını dəstəkləyib. Hələlik bu formata məhəl qoymayan yeganə ölkə təkcə Gürcüstandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam