Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

TÜRKSOY: “İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir?”

 

“İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir? Bu barədə məndən öncə məruzə edənlər Qarabağda tarixi abidələrə vurulmuş ziyanlardan danışdılar. Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf deyib.

O bildirib ki, hər il tarixi abidələrin qorunmasına ciddi diqqət ayrılır:

“UNESCO-nun mədəni irsin qorunması siyahısı var. Düşünürəm ki, bu siyahı genişləndirilməlidir. Çünki türk dünyasının tarixi dərindir. Bizim ilk məqsədimiz bu mədəni irsi bütün türk dünyasından toplamaqdır. Bu mədəniyyətin bu günə qədər gəlib çatan nümunələri qorunmalıdır. Türkiyədən kənara gedəndə Səmərqəndi, İçərişəhəri tanımayanları görürəm. Bu məni çox üzür. Parisdə bir qülləni tutub gedirik. Nə qədər belə davam edə bilər?

Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır. Bu zəngin tarixin qədrini bilmək lazımdır. Qardaş dövlətlər bir-birimizlə çiyin-çiyinə çalışsaq, bizim tariximizdə mədəniyyətimiz daha heç vaxt insan əli ilə dağıntılara məruz qalmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam