İlham Əliyev bir sıra görüşlər keçirib- Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.
Yenixeber.org: Prezident İlham Əliyev ISESCO-nun baş direktoruna Forumda iştirakına və məzmunlu çıxışına görə təşəkkür etdi. Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Humanitar Forumunun beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirdi ki, bu Forum çox gözəl və səmərəli nəticələri olan platformadır. Görüşdə Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edildi, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev ISESCO-nun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyinə görə minnətdarlığını bildirdi. Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın ISESCO-nun baş konfransına rəhbərlik etdiyi 3 ilə dair baş direktorun hesabatı barədə dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, ölkəmizin qurumun baş konfransına rəhbərlik etdiyi dövrdə həyata keçirilən uğurlu işlər bu hesabatda əksini tapıb.
Bundan başqa İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib. Dövlət başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirdi. Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirdi. Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO-nun baş direktorunun müavini Qu Ksinq ilə görüşüb. Dövlət başçısı UNESCO-nun baş direktorunun müavini Qu Xingin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirib. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlət başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirib.
Qu Xing, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlət başçısına çatdırıb. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Qu Xing bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirib. Qonaq bildirib ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Qu Xing, eyni zamanda gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirib. Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş edib.
Dövlət başçısı daha sonra Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın başçılıq etdiyi nümayəndə heyətini və Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib.