İki rus diplomatı “persona non-qrata” elan edildi -SƏBƏB
ABŞ iki rus diplomatını “persona non-qrata” elan edib.
Yenixeber.org: Bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bu qərar Moskvanın analoji addımına cavab olaraq qəbul edilib.
Belə ki, sentyabrda Rusiya Xarici İşlər Nazirliyi iki amerikalı diplomatın ölkədən çıxarıldığını elan edib. Qeyd olunub ki, onların göstərişi ilə Vladivostokdakı Baş Konsulluğun keçmiş əməkdaşı Şimal Hərbi Dairəsi və səfərbərlik haqqında məlumat toplayıb.