Ermənistan Azərbaycana qarşı iddia qaldırdı
Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.
Yenixeber.org: Bu barədə məhkəmənin məlumatında deyilir.
Bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib.
Ermənistan məhkəməni Azərbaycanın “birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır.