Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Tezliklə növbəti görüş olacaq -RƏSMİ AÇIQLAMA
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.