Ukraynadan YENİ XƏBƏR:bu adanın bir hissəsi ələ keçirildi
Ukrayna ordusu sentyabrın 19-da Verbovoe rayonunda irəliləyib və bir neçə kiçik kəşfiyyat qrupu Dnepr çayının sol sahilindəki Antonov körpüsü ərazisinə və Kazak adasına çıxıb.
Yenixeber.org: Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbçilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Ukraynanın bir neçə kiçik kəşfiyyat-diversiya qrupu Dnepr çayının sol sahilinə - Podstepnoydan şimala və Kazak adasına çıxa bilib. Hazırda Ukrayna qüvvələri adanın şimal hissəsinə nəzarət edirlər.