Krım körpüsündə hərəkət yenə də dayandırıldı
Rusiyanı ilhaq edilən Krım yarımadası ilə bağlayan körpüdə avtomobillərin hərəkəti dayandırılıb.
Yenixeber.org: Bu barədə körpünün operativ qərargahı məlumat yayıb.
"Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur”, - məlumatda bildirilir.
Hərəkətin dayandırılmasının səbəbləri barədə məlumat verilməyib.