Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Paşinyan çevriliş xəbərlərindən danışdı:"Ermənistanda inqilabı yalnız onun xalqı edə bilər...

2018/11/ipane-1541080306.jpg
 

Təhlükəsizlik xidməti Ermənistanda vaqnerçilərin olması ilə bağlı xəbərləri yoxlayır.

Yenixeber.org: Bunu parlamentdə Baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

Paşinyan bildirib ki, Ermənistan hüquq-mühafizə orqanları mətbuatda yer alan xəbərlərə reaksiya verməyə borcludur:

"Bildiyimə görə, belə bir məlumat Teleqram kanalları vasitəsilə yayılıb, Milli Təhlükəsizlik Xidməti yayılan məlumatları yoxlayır".

Paşinyan Rusiyanın Ermənistanda inqilab təşkil edə biləcəyindən narahat olub-olmadığı barədə ona ünvanlanan sualı isə belə cavablandırıb:

"Ermənistanda inqilabı yalnız onun xalqı edə bilər və onlar artıq bu inqilabı həyata keçiriblər".

Qeyd edək ki, “Baqramyan-26” Teleqram kanalında Kremlin Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı xəbər dərc olunub. Məlumata görə, Priqojinin ölümü zamanı Ermənistanda 3000-ə yaxın “Vaqner” döyüşçüsü olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam