Britaniyanın “Challenger 2” tankı vuruldu - 30 ildə ilk dəfə
Sosial şəbəkələrdə Britaniyanın “Challenger 2” tankının məhv edilməsi barədə görüntülər yayılıb.
Yenixeber.org: Məlumata görə, bu tank xidmətdə olduğu 30 ilə yaxın müddətdə ilk dəfə döyüş şəraitində məhv edilib.
Məlumata görə, tank Zaporojye istiqamətində Rabotino kəndi yaxınlığında vurulub.
Qeyd edək ki, "Challenger 2" 1994-cü ildən Britaniya xidmətindədir. Britaniya ordusunun saytında tankın "düşmən tərəfindən heç vaxt məğlub edilmədiyi” bildirilir.("The Guardian")