Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qazaxın icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb -FOTOLAR

Qazaxda icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb |  Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb.
Yenixeber.org: Gənclərlə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb.  
Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış ediblər.
İcra başçısı iştirakçılara rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. Səmimi söhbət əsasında keçən görüşdə gənclərin fikirləri, təklifləri, ürək sözləri dinlənilib. Sonda gənclərlə xatirə şəkilləri çəkdirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam