Qonşu ölkədə zəlzələ oldu -
Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə zəlzələ olub.
Yenixeber.org: Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 15 kilometr şərqdə, ocağı isə 140 kilometr dərinlikdə yerləşib.