Şarl Mişeldən Ağdam-Xankəndi yolu ilə bağlı AÇIQLAMA
"Aİ Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi ilə intensiv məşğul olmağa davam edir".
Yenixeber.org: Bu barədə Aİ Şurasının yaydığı rəsmi məlumatda deyilir.
"Mişel Laçın dəhlizinin tam fəaliyyətində və Ağdam marşrutunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib. Bu addımların ardıcıllığı və bu yolların hər biri tərəfindən çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib", - deyə qeyd olunub.
"Aİ bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm şəxsi təmaslar və cari qeyri-davamlı vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadiləsi vasitəsilə məşğul olmuşdur", - məlumatda vurğulanıb.