Bu gün də tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Yenixeber.org: Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.