Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Meksikanın nüfuzlu telekanalında Şuşadan reportaj efirə gedib-FOTOLAR

Meksikanın aparıcı xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı Vətən müharibəsi sonrasında regionda yaranmış yeni reallıqlar barədə Şuşadan reportaj efirə gedib.

Yenixeber.org: Bu barədə  Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Ölkəmizdə səfərdə olan region üzrə tanınmış ekspert və analitik Talya İşcan tərəfindən hazırlanmış reportajda Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizim öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışıb.

Süjetdə həmçinin, Şuşa şəhərində və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə mövcud olan tarixi-mədəni abidələrin 30 illik işğal dövründə erməni vandalizminə məruz qaldığı, bəzilərinin isə tamamilə darmadağın edildiyi qeyd olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam