Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Ziya Məmmədovun yerinə Cavid Qurbanov gətirilir?

 

“Nəqliyyat sektorunda da ciddi pozuntular var”

“Dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq, sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib”. 

"Xeberinfo.com":   Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: “Korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “Asan xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir, çoxlu qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi hər şey “Asan xidmət”də asan olacaq”.
Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: “İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “Asan xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “Asan xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.
Dövlət başçısı qeyd edib ki, gələn il hökumət yeni situasiyada işləyəcək: “Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Əlbəttə, sahibkarlığın inkişafı üçün addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur”.
84f5743e2f45

Qeyd edək ki, prezident İlham Əliyevin nəqliyyat sektorunda ciddi problemlərin olduğunu bildirməsi Ziya Məmmədovun seçkidən sonra “vurulacağı” barədə iddiaların təsadüfi olmadığını göstərir. Hər halda bu fakt bir daha dövlət başçısının da Ziya Məmmədovun fəaliyyətindən narazı olduğunu söyləməyə əsas verir.

Qeyd edək ki, hökumətə yaxın mənbələr də artıq bir sıra səlahiyyətləri əlindən alınan Məmmədovun nazir postundan uzaqlaşdırılmasının yaxın olduğunu bildirirlər. Bu posta hazırda “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik edən Cavid Qurbanovun gətiriləcəyi gözlənilir. İkinci hakim ailə ilə qohumluq əlaqələri yaradan Qurbanovun da, xeyli müddətdir ki, bu posta hazırlaşdığı bildirilir.

azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam