Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Nar” yerli İT mütəxəssislərini yetişdirir-FOTOLAR

 

Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki Universitetində (AzTU) davamlı təlimlər həyata keçirir. Bu dəfə təlim AzTU nəzdində fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında keçirildi. 

Yenixeber.org: Xüsusi bilik və bacarıqları ilə seçilən tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu mobil rabitənin təminatı ilə yanaşı, 5-ci nəsil mobil texnologiya, əşyaların interneti, cihazlararası bağlantı və müasir rabitə texnologiyalarının tətbiq sahələrini əhatə edirdi. 

“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin məqsədi tələbələrin işi icraçılarından öyrənməsi və təcrübi biliklərin universitet tələbələri ilə paylaşılmasıdır. Eyni zamanda, tələbələr gələcək karyeraları haqqında bilmək istədiklərini “Nar” texniki heyətindən birbaşa öyrənmək imkanı əldə edir. 

Qeyd edək ki, “Nar” və AzTU arasında əməkdaşlıq artıq 10-cu ildir ki, uğurla davam edir. 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında AzTU nəzdində “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını universitetdə öyrənməklərinə imkan yaradır. 

“Nar” həm texniki təchizat dəstəyi göstərərək, həm də təcrübi biliklərin paylaşılması vasitəsilə İT və texniki ixtisaslar üzrə təhsil alan tələbələrin Azərbaycan rabitə bazarında peşəkar kadr kimi hazırlanmasını hədəfləyir. 

“Nar” layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

   


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam